Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
04.08.2025 - Lənkəran şəhər sakini Nihad Hüseynov
Lənkəran şəhər sakini Nihad Hüseynov öz məktubunda müraciəti ilə əlaqədar olaraq Lənkəran Şəhər Rayon Polis İdarəsinin rəhbərliyi tərəfindən qəbul edilməsinə və lazımi köməkliyi göstərilməsinə görə təşəkkürünü bildirir.
04.08.2025 - Astara rayon sakini Elvin Nəsirov
Astara rayon sakini Elvin Nəsirov xidməti vəzifələrinin və peşə fəaliyyətinin öhdəsindən layiqincə gəldiyinə, humanistliyə, şəhid ailələri və qazilərə göstərilən diqqətə və qayğıya görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
01.08.2025 - Vətəndaş Fərid Mustafayev və Nərgiz Murtuzova
Vətəndaş Fərid Mustafayev və Nərgiz Murtuzova Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirlər.
01.08.2025 - Vətəndaş Qara Hüseynov
Vətəndaş Qara Hüseynov Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq etdiyi müraciətinə operativ baxılmasına və müsbət həll olunmasına görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.
01.08.2025 - Zərdab rayon sakini Əyyub Əzizov
Zərdab rayon sakini Əyyub Əzizov etdiyi müraciətinə operativ reaksiya verilməsinə görə başda DİN rəhbərliyi olmaqla, Zərdab RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
31.07.2025 - Quba rayon sakini Sevinc Məmmədova
Quba rayon sakini Sevinc Məmmədova ailə-məişət problemləri ilə bağlı etdiyi müraciətinə həssaslıqla yanaşılıb müsbət həll edilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
31.07.2025 - Bakı şəhər sakini Qiyas Bayramov
Bakı şəhər sakini Qiyas Bayramov qəza törətdiyi zaman aparılan obyektiv araşdırmaya görə BBPİ-nin DYPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
31.07.2025 - Bakı şəhər sakini Alı İsrafilov
Bakı şəhər sakini Alı İsrafilov Bakı şəhəri ərazisində baş vermiş qəzanın araşdırmasından tam razı qaldığına görə Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
31.07.2025 - Bakı şəhər sakini Xəyalə Rzayeva
Bakı şəhər sakini Xəyalə Rzayeva dələduzluqla bağlı etdiyi müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə Nəsimi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.