Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Faiq Babayev daxili işlər naziri tərəfindən Xaçmaz Rayon Polis Şöbəsində keçirilən vətəndaş qəbulunda göstərilən diqqət və qayğıya, eləcə də müraciətinin müsbət həllinə görə DİN rəhbərliyinə, BİSTİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Daşkəsən rayon sakini, şəhid ailəsi olan Etibar Cəfərov məktubunda avtomobilini texniki baxışdan keçirmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin Gəncə şəhərində yerləşən Müayinə mərkəzinə getdiyini yazır. O, Müayinə mərkəzində əməkdaşların xoş rəftar və nəzakətli davranışlarını, ona göstərdikləri diqqət və qayğını qeyd edərək DİN rəhbərliyinə və BDYPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Ağcabədi rayon sakini Elnur Əhmədov məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Şahbuz rayon sakini Şirxan Orucov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı Şahbuz Rayon Polis Şöbəsinə müraciət etdiyini qeyd edir. O, müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçiridiyinə və pozulmuş hüquqlarının bərpa edildiyinə görə DİN rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir.   

Sumqayıt şəhər sakini Rasim Vəliyev məktubunda daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini bildirir. O, müraciəti üzrə müvafiq göstəriş verilərək qısa müddətdə müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.  

Bakı şəhər sakini Əsmər Bayramova Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə operativ baxıldığına, Binəqədi Rayon Polis İdarəsinə dəvət olunaraq hüquq və vəzifələrinin izah olunmaqla obyektiv araşdırmalara başlanıldığına görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Əli Qasımov müraciətinə həssas yanaşıldığına, yüksək peşəkarlıqla keçirilmiş operativ tədbirlərlə özünün və ailəsinin təhlükəsizliyinin təmin olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, Azərbaycan polisi ilə fəxr etdiyini qeyd edərək onlara çətin və şərəfli işlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Mirismayıl Murtuzov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı Yasamal Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.

Bakı şəhər sakini Cəvahir Məmmədova müraciətinə həssas yanaşıldığına, eləcə də göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.