Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
29.10.2025 - Abşeron rayon sakini Elmira Məmmədcanova
Abşeron rayon sakini Elmira Məmmədcanova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi dələduzluqla bağlı müraciəti əsasında həyata keçirilən tədbirlərə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
29.10.2025 - Vətəndaş Seyidcavid Mirheydərzadə
Vətəndaş Seyidcavid Mirheydərzadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılmasına və ona dəymiş maddi zərərin tam ödətdirilməsinin təmin olunmasına görə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
29.10.2025 - Vətəndaş Mirməmməd Talışlı
Vətəndaş Mirməmməd Talışlı DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara, həmçinin göstərilən diqqət və köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
29.10.2025 - Vətəndaş Müşviq Məhərrəmov
Vətəndaş Müşviq Məhərrəmov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilməsinə və göstərilən köməkliyə görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
29.10.2025 - Abşeron rayon sakini Xəzan Şirinov
Abşeron rayon sakini Xəzan Şirinov məktubunda üzləşdiyi problemlə bağlı müraciətinin müsbət həll olunmasının təmin edilməsinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
29.10.2025 - Bakı şəhər sakini Ehtiram Qurbanlı
Bakı şəhər sakini Ehtiram Qurbanlı məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirən Nərimanov RPİ-nin və 18-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.
29.10.2025 - Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Şahbuzkənd kənd sakini Heydər...
Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Şahbuzkənd kənd sakini Heydər Qurbanov məktubunda üzləşdiyi problemlə bağlı müraciəti ilə əlaqədar obyektiv araşdırma aparılaraq qısa müddətdə müraciətinin müsbət həll olunduğunu qeyd edir, göstərilən operativliyə və obyektivliyə görə Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
28.10.2025 - Vətəndaş Cəfərqulu Cəbrayılov
Vətəndaş Cəfərqulu Cəbrayılov teleqramında müraciəti üzrə Suraxanı Rayon Polis İdarəsinə dəvət edildiyini, nəzakətlə qarşılanaraq dinlənildiyini və müraciətinin qısa müddətdə müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilmiş köməkliyə görə Suraxanı RPİ-nin əməkdaşlarına təşəkkür edir.
28.10.2025 - Şahbuz rayon sakini Azər Fərzəliyev
Şahbuz rayon sakini Azər Fərzəliyev məktubunda üzləşdiyi problemlə bağlı müraciəti ilə əlaqədar Şahbuz Rayon Polis Şöbəsində obyektiv araşdırma aparılaraq müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilmiş tədbirlərə görə Şahbuz RPŞ-nin əməkdaşlarına təşəkkür edir.