Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Naftalan şəhər sakini Şövkət Əliyeva üzləşdiyi problemlə bağlı müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Naftalan ŞPŞ-nin kollektivinə təşəkkür edir.

Goranboy rayon sakini Taryel Aslanov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Goranboy RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Elman Əliyev və İlhamə Allahverdiyeva Daxili İşlər Nazirliyinə ünvanladıqları məktublarında polis əməkdaşlarının müraciətlərinə operativ şəkildə baxdığını yazırlar. Onlar, müraciətlərinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə problemlərinin qısa müddətdə aradan qaldırılmasına görə xidməti vəzifələrini layiqincə yerinə yetirən Baş Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe ola Gəncə Regional Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinə əməkdaşlarına təşəkkürlərini bildirirlər.

Qazax rayon sakini Vəli Şəmilov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda cinayətkarlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizəyə, ümumtəhsil məktəblərində keçirilən maarifləndirici tədbirlərə və rayon ərazisində yol hərəkəti təlükəsizliyinin təmin edilməsinə görə Qazax RPŞ-nin rəhbərliyindən razılığını bildirir və minnətdarlığını ifadə edir. 

Bakı şəhər sakini Füzuli Şirinov qeydiyyat prosesi ilə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Bəxtiyar Cəlilov müraciətinə həssas yanaşıldığına, yüksək peşəkarlıqla keçirilmiş operativ tədbirlərlə edilən köməkliyə görə DİN rəhbərliyinə və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, Azərbaycan polisi ilə fəxr etdiyini qeyd edərək onlara çətin və şərəfli işlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Yaqub Həsənov məktubunda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən Sumqayıt şəhərində keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə müvafiq tapşırıqlar verildiyini yazır. O, Bakı Şəhər Baş Polis İdarəsi və Nərimanov Rayon Polis İdarəsində aparılan obyektiv araşdırmalar nəticəsində müraciətinin müsbət həll olunduğunu qeyd edir, göstərilən diqqətə və obyektiv araşdırmalara görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Xalid Əliyev müraciətinə həssas yanaşılaraq məmnunluğunun təmin olunmasına, xüsusi diqqətə və göstərilən köməkliyə görə Xətai RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Əcnəbi vətəndaş David Peretz müraciətinə həssas yanaşıldığına, operativ tədbirlərlə itmiş mobil telefonunun tapılmasında göstərilən köməkliyə görə Azərbaycan polisinə təşəkkür edir, onlara çətin və şərəfli işlərində uğurlar arzulayır.