Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Gülnaz Məmmədova teleqramında müraciəti üzrə Suraxanı Rayon Polis İdarəsinə dəvət edildiyini, nəzakətlə qarşılanaraq dinlənildiyini və müraciətinin qısa müddətdə müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilmiş köməkliyə görə Suraxanı RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Şəlalə Əbilova teleqramında daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini bildirir. O, müraciəti üzrə müvafiq göstəriş verilərək qısa müddətdə müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Vətəndaş Sərhat Bican DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Ərizə ilə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət etmişdim. Müraciətimə dərhal reaksiya verildi və mənə köməklik göstərildi. Buna görə DİN-in və Xətai RPİ-nin rəhbərliyinə, müraciətimin həllində köməklik göstərən polis əməkdaşlarına minnətdarlığımı bildirirəm. Yaşasın, Azərbaycan polisi!”.

Vətəndaş Mirsüleyman Qasımov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: 18.10.25-ci il tarixində paytaxtın Səbail rayonu ərazisində özümə məxsus mobil telefonumu itirmişdim. Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən telefonum tez bir zamanda tapılaraq mənə təhvil verildi. 9-cu Polis Bölməsinin rəhbərliyinə və şəxsi heyətinə dərin təşəkkürlərimi bildirirəm. Yaşasın, Azərbaycan polisi!”.

Vətəndaş Seyid Süleymanov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “13.10.2025-ci il tarixində paytaxtın Nərimanov rayonu ərazisində yolu keçmək istəyərkən avtomobil tərəfindən vuruldum. Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparıldı, dəymiş zərər ödənildi. Göstərilən diqqət və qayğıya görə Azərbaycan polisinə dərin minnətdarlığımı bildirir, xidmətlərində uğurlar arzulayıram”.

Vətəndaş Eliza Bəkirova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Daxili İşlər Nazirliyinin və Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə, 37-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürümü bildirirəm ki, verdiyim ərizə ilə bağlı operativ məşğul olaraq mənə köməklik göstərdilər. Çox razı qaldım”.

Vətəndaş Kəmaləddin Nəzərli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirdim ki, mənə məxsus olan avtomobil bir nəfər tərəfindən götürülüb və qanunsuz olaraq saxlanılır. 37-ci Polis Şöbəsinin əməkdaşları bu barədə dərhal tədbir gördülər və avtomobilimi mənə qaytardılar. Bu səbəbdən Azərbaycan polisinə öz təşəkkürümü bildirirəm”.

Vətəndaş Səma Calalzadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mən ərizə ilə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə müraciət etmişdim. Müraciətimə dərhal operativ şəkildə reaksiya verilib mənə lazımi köməklik göstərildi. Buna görə də Buna görə DİN-in və Xətai RPİ-nin rəhbərliyinə təşəkkürümü bildirirəm”.

Vətəndaş Nurşən Xolafazadkordaşt DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Üzləşdiyim problemlə bağlı Naxçıvan Şəhər Polis İdarəsinə müraciət etmişdim. Müraciətimə dərhal baxıldı və qanuni tədbir görüldü. DİN-in rəhbərliyinə və Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürümü bildirirəm. Var olsun, Azərbaycan polisi!”.