Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Teymur Hüseynov səhhəti pisləşən həyat yoldaşının operativ şəkildə klinikaya çatdırılmasında göstərdikləri köməkliyə görə Səbail RPİ-nin PPX əməkdaşlarına minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Nəriman Balxanzadə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı ona göstərdikləri diqqət və qayğıya görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Rəşad Məmmədov ünvanladığı mesajında Azərbaycan polisinin xidmətindən razılıq edir, onlara çətin və şərəfli işlərində uğurlar arzulayır.

Sosial şəbəkə istifadəçisi Günay Yadigarova baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan obyektiv araşdırmaya, həmçinin göstərilən xoş rəftar və nəzakətli davranışlara görə Nərimanov RPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir.

Naxçıvan şəhər sakini Xaliq Allahverdiyev müraciətinin obyektiv şəkildə araşdırılmasına və dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə Naxçıvan Şəhər Polis İdarəsinin kollektivinə minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Elşən Abiyev xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin kollektivinə təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Röyal Hüseynli müraciətinə operativ baxıldığına və probleminin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan polisinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Orxan Vəlicanov baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xidməti vəzifələrini layiqincə yerinə yetirən Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Pərvanə Novruzova müraciətinə dərhal reaksiya verilməsinə və müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə Xətai RPİ-nin 37-ci PŞ-nin kollektivinə təşəkkürünü bildirir.