Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş İsrəfil İsrəfilov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Nərimanov rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı operativ və obyektiv araşdırma aparıldığını qeyd edir. Göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edərək Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Murad Babazadə müraciətinə həssas yanaşıldığına, yüksək peşəkarlıqla keçirilmiş operativ tədbirlərlə probleminin həll edildiyinə görə DİN rəhbərliyinə və Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir, Azərbaycan polisi ilə fəxr etdiyini qeyd edərək onlara çətin və şərəfli işlərində uğurlar arzulayır.

Vətəndaş Qurban İslamov üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Bağır Əsgərəlizadə Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.

Bakı şəhər sakini Əzim Kazımov müraciətinin müsbət həll olunmasına görə, Yasamal RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Vaqif Hüseynov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Emin Xəmmədov müraciətinin müsbət həll olunmasına görə, Pirallahı RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Tünzalə Mustafayeva müraciətinin müsbət həll olunmasına görə, Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Zaur Saadov müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.