Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Elnarə Qubadova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mənə qarşı edilən dələduzluq faktı ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdim. Aparılmış təhqiqat araşdırması nəticəsində mənə məxsus pul tam şəkildə geri qaytarıldı. Bu münasibətlə Daxili İşlər Nazirliyinin və Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə göstərdikləri diqqətə və operativliyə görə dərin minnətdarlığımı bildirirəm”.

Vətən müharibəsi şəhidi Mirmöhsüm Əhmədovun valideyni Arzu Əliyeva DİN-ə ünvanladığı təşəkkür məktubunda şəhid ailələrinə göstərilən diqqətə və qayğıya, eləcə də xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Şirvan RQİ və TBŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir. 

Vətəndaş Orxan Novruzov Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nəsimi RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Emin Şahbazov Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq üzləşdiyi oğurluq faktı ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Nəsimi RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Şabran rayon sakini Yeganə Nuriyeva DİN-ə ünvanladığı təşəkkür məktubunda müraciətinə operativ baxılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Təhmin Kazımlı DİN-in sosial şəbəkə səhifəsinə yazdığı mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Səbinə Əhmədzadə DİN-in sosial şəbəkə səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Nərimanov RPİ-yə müraciət etdiyini bildirir. Polis əməkdaşları tərəfindən qısa zaman ərzində hadisənin araşdırıldığını və ona dəymiş maddi ziyanın ödənildiyini qeyd edir. 

Vətəndaş Turanə Cabbarova üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Orxan Cəlilov müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə Naxçıvan ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.