Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Qurban İslamov üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Ağcabədi rayon sakini Sərvər Fərzəliyev müraciətində göstərilən diqqət və qayğıya görə görə Ağcabədi Rayon Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlığını bildirir.

 

Bakı şəhər sakini Səlma Əliyeva müraciətinin müsbət həll edilməsinə görə Nərimanov Rayon Polis İdarəsinin  əməkdaşlarına və DİN rəhbərliyinə  təşəkkür edir.

Beyləqan rayon sakini Ramiz Ağayev müraciətinin müsbət həll edilməsinə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına və DİN rəhbərliyinə  minnətdarlığnı bildirir.

Yevlax rayon sakini Sima Babayeva müraciətinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə  təşəkkür edir.

“Cargo One” MMC şirkətinin direktoru Mehmet Akgun DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə dərhal reaksiya verilməsinə, göstərilən diqqət və köməkliyə görə Azərbaycan polisinə minnətdarlığını bildirir.

İsmayıllı rayon sakini Həsən Qasımov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına və ona hüquqi izah verilməsinə, həmçinin göstərilən xoş rəftara görə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Coşqun Nəbiyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilərək qısa müddətdə müsbət həll olunmasına görə Azərbaycan polisinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Hakim Aslanov məktubunda müraciətinə operativ baxılmasına görə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.