Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
30.10.2025 - Vətəndaş Nərmin Əliyeva
Vətəndaş Nərmin Əliyeva Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir. Göstərilən köməkliyə görə Xətai RPİ-nin əməkdaşlarına təşəkkürünü ifadə edir.
30.10.2025 - Vətəndaş Ceyhun Əliyev
Vətəndaş Ceyhun Əliyev DİN-in sosial şəbəkə səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov RPİ-yə müraciət etdiyini bildirir. Polis əməkdaşları tərəfindən qısa zaman ərzində hadisənin araşdırıldığını və araşdırmanın gedişatından məmnun qaldığını qeyd edir.
30.10.2025 - Vətəndaş Ramin Mahmudov
Vətəndaş Ramin Mahmudov üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
30.10.2025 - Vətəndaş Həsən Allahverdiyev
Vətəndaş Həsən Allahverdiyev Daxili İşlər Nazirliyinə ünvanladığı mesajında gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
30.10.2025 - Vətəndaş Gülnarə Gülverdiyeva
Vətəndaş Gülnarə Gülverdiyeva müraciətinə həssas yanaşıldığına və həyata keçirilən operativ tədbirlərə görə özü və ailəsi adından DİN rəhbərliyinə və Sabunçu RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
30.10.2025 - Vətəndaş Təhmin Kazımlı
Vətəndaş Təhmin Kazımlı DİN-in sosial şəbəkə səhifəsinə yazdığı mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
30.10.2025 - Vətəndaş Səbinə Əhmədzadə
Vətəndaş Səbinə Əhmədzadə DİN-in sosial şəbəkə səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Nərimanov RPİ-yə müraciət etdiyini bildirir. Polis əməkdaşları tərəfindən qısa zaman ərzində hadisənin araşdırıldığını və ona dəymiş maddi ziyanın ödənildiyini qeyd edir.
30.10.2025 - Vətəndaş Turanə Cabbarova
Vətəndaş Turanə Cabbarova üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
30.10.2025 - Vətəndaş Orxan Cəlilov
Vətəndaş Orxan Cəlilov müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə Naxçıvan ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.