Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
30.10.2025 - Vətəndaş İsrəfil İsrəfilov
Vətəndaş İsrəfil İsrəfilov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Nərimanov rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı operativ və obyektiv araşdırma aparıldığını qeyd edir. Göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edərək Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
30.10.2025 - Vətəndaş Murad Babazadə
Vətəndaş Murad Babazadə müraciətinə həssas yanaşıldığına, yüksək peşəkarlıqla keçirilmiş operativ tədbirlərlə probleminin həll edildiyinə görə DİN rəhbərliyinə və Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir, Azərbaycan polisi ilə fəxr etdiyini qeyd edərək onlara çətin və şərəfli işlərində uğurlar arzulayır.
30.10.2025 - Vətəndaş Qurban İslamov
Vətəndaş Qurban İslamov üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
30.10.2025 - Vətəndaş Bağır Əsgərəlizadə
Vətəndaş Bağır Əsgərəlizadə Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.
30.10.2025 - Sosial şəbəkə istifadəçisi Afərin Kərimov
Sosial şəbəkə istifadəçisi Afərin Kərimov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aparılan obyektiv araşdırmadan razılıq edir, həmçinin polis əməkdaşları tərəfindən göstərilən diqqət və qayğıya görə Nərimanov RPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir.
30.10.2025 - Sosial şəbəkə istifadəçisi Rəşid Xankişiyev
Sosial şəbəkə istifadəçisi Rəşid Xankişiyev ünvanladığı mesajında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aparılan obyektiv araşdırmadan razılıq edir, həmçinin göstərilən diqqət və qayğıya görə Nərimanov RPİ-nin kollektivinə minnətdarlığını bildirir.
30.10.2025 - Sosial şəbəkə istifadəçisi Fərid Əlizadə
Sosial şəbəkə istifadəçisi Fərid Əlizadə müraciətinə operativ baxılmasına və müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə Xətai RPİ-nin 34-cü PŞ-nin kollektivinə təşəkkür edir.
30.10.2025 - Sosial şəbəkə istifadəçisi Zibeydə Sadıqova
Sosial şəbəkə istifadəçisi Zibeydə Sadıqova ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə obyektiv baxılaraq probleminin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşlarına minnətdarlıq edir.
30.10.2025 - Sosial şəbəkə istifadəçisi Nəcibə Əhmədova
Sosial şəbəkə istifadəçisi Nəcibə Əhmədova xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Pirallahı Rayon Polis İdarəsinin kollektivinə təşəkkürünü bildirir.