Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Fatimə Novruzzadə müraciətinin obyektiv araşdırılmasına görə, Xankəndi ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Lənkəran şəhər sakini Şamxal Lətifov öz məktubunda müraciətinin Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində operativ və obyektiv qaydada araşdırılmasına və onu narahat edən məsələnin müsbət həllini tapmasına görə təşəkkürünü bildirir.

Astara rayon sakini Elvin Nəsirov öz məktubunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətlə və yüksək peşəkarlıqla həyata keçirilən mübarizə tədbirlərinə görə Astara Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Təhmin Kazımlı DİN-in sosial şəbəkə səhifəsinə yazdığı mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Səbinə Əhmədzadə DİN-in sosial şəbəkə səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Nərimanov RPİ-yə müraciət etdiyini bildirir. Polis əməkdaşları tərəfindən qısa zaman ərzində hadisənin araşdırıldığını və ona dəymiş maddi ziyanın ödənildiyini qeyd edir. 

Vətəndaş Turanə Cabbarova üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Orxan Cəlilov müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə Naxçıvan ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş İsrəfil İsrəfilov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Nərimanov rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı operativ və obyektiv araşdırma aparıldığını qeyd edir. Göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edərək Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Murad Babazadə müraciətinə həssas yanaşıldığına, yüksək peşəkarlıqla keçirilmiş operativ tədbirlərlə probleminin həll edildiyinə görə DİN rəhbərliyinə və Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir, Azərbaycan polisi ilə fəxr etdiyini qeyd edərək onlara çətin və şərəfli işlərində uğurlar arzulayır.