Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
01.11.2025 - Lənkəran rayon sakini Pərviz Cəfərov
Lənkəran rayon sakini Pərviz Cəfərov öz məktubunda xidməti və peşə fəaliyyətinin öhdəsindən layiqincə gəldiyinə və humanistliyə görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
01.11.2025 - Vətəndaş Aysel Rəhimova
Vətəndaş Aysel Rəhimova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciəti ilə əlaqədar Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilərək dinlənilməsinə, hüquqi izahlar verilərək vətəndaş məmnunluğunun təmin olunmasına görə minnətdarlığını bildirir.
01.11.2025 - Masallı rayon sakini Əsgər Zülfüqarov
Masallı rayon sakini Əsgər Zülfüqarov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında onu narahat edən problemlə bağlı müraciətinin operativ qaydada araşdırılmasına və məsələnin müsbət həllini tapmasına görə təşəkkürünü bildirir.
01.11.2025 - Astara rayon sakini Elvin Nəsirov
Astara rayon sakini Elvin Nəsirov yollarda hərəkətin təhlükəsizliyinin etibarlı təmin olunmasına, vətəndaşlara qarşı yüksək mədəni davranışa, humanistliyə və ona göstərilən köməyə görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
01.11.2025 - Biləsuvar rayon sakini Roman Əmənov
Biləsuvar rayon sakini Roman Əmənov öz məktubunda DİN rəhbərliyi tərəfindən keçirilən qəbullar zamanı vətəndaş müraciətlərinin diqqətlə və həssaslıqla dinlənilməsinə, operativ qaydada həlli istiqamətində tapşırıqların verilməsinə görə öz təşəkkürünü bildirir.
01.11.2025 - Vətəndaş Kamran Abasov
Vətəndaş Kamran Abasov Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
01.11.2025 - Vətəndaş Nailə Quliyeva və Mehman Abasov
Vətəndaş Nailə Quliyeva və Mehman Abasov Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajları yazaraq etdikləri müraciətlərinə operativ baxılmasına və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Xətai RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirlər.
01.11.2025 - Vətəndaş Məleykə İskəndərova
Vətəndaş Məleykə İskəndərova Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Binəqədi RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
31.10.2025 - Tərtər rayon sakini Elza Allahverdiyeva
Tərtər rayon sakini Elza Allahverdiyeva müraciətində göstərilən diqqət və qayğıya görə Yevlax Regional Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlığını bildirir.