Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
29.09.2025 - Vətəndaş Rahid Əsədoğlu
Vətəndaş Rahid Əsədoğlu DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında paytaxtın Nərimanov rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsində obyektiv araşdırma aparıldığını və müvafiq köməkliyin göstərildiyini bildirir. O, operativliyə, obyektivliyə və göstərilmiş köməkliyə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.
29.09.2025 - Vətəndaş Türkan Cəfərova
Vətəndaş Türkan Cəfərova müraciəti ilə əlaqədar Bərdə Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilərək ona lazımi hüquqi izahın verilməsinə görə təşəkkürünü bildirir.
29.09.2025 - Lənkəran şəhər sakini Şahnaz Xalıqova
Lənkəran şəhər sakini Şahnaz Xalıqova öz məktubunda müraciəti əsasında DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində qəbul edildiyini yazır və məmnunluğunu ifadə edir.
29.09.2025 - Cəlilabad rayon sakini Əskər Abbasov
Cəlilabad rayon sakini Əskər Abbasov DİN rəhbərliyi tərəfindən keçirilən vətəndaş qəbulu zamanı diqqətlə dinlənilməsinə, müraciətinin operativ qaydada həlli üçün aidiyyəti üzrə tapşırıq verilməsinə və məsələnin müsbət həllini tapmasına görə öz minnətdarlığını bildirir.
29.09.2025 - Biləsuvar rayon sakini Əli Əlizadə
Biləsuvar rayon sakini Əli Əlizadə vətəndaş müraciətlərinin peşəkarlıqla araşdırılmasına, humanistliyə və lazımi köməkliyin göstərilməsinə görə rayon polis şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
29.09.2025 - Vətəndaş Camal Əhmədov
Vətəndaş Camal Əhmədov öz məktubunda üzləşdiyi problemlə bağlı ona Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən lazımi köməyin göstərilməsinə və məsələnin müsbət həllini tapmasına görə təşəkkürünü bildirir.
29.09.2025 - Cəlilabad rayon sakini Validə Məmmədova
Cəlilabad rayon sakini Validə Məmmədova vətəndaş müraciətlərinə operativ qaydada baxılmasına və peşəkarlıqla, obyektiv araşdırılmasına görə DİN rəhbərliyinə təşəkkkürünü bildirir.
26.09.2025 - Vətəndaş Ənam Fərəcli
Vətəndaş Ənam Fərəcli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN-in rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
26.09.2025 - Vətəndaş Aidə Nəsibova
Vətəndaş Aidə Nəsibova DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında oğluna məxsus velosipedin oğurlanması ilə bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət etdiyini, polis əməkdaşlarının operativliyi sayəsində oğrunun tapılaraq ona dəymiş ziyanın ödətdirildiyini yazır. O, müraciətinə çevik reaksiya verilməsinə və operativliyə görə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.