Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Abşeron rayon sakini İmaməddin Qanışov məktubunda müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Xalidə Hacıyeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Nəsimi rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Nəsimi Rayon Polis İdarəsində aparılan araşdırmanın nəticəsindən razı olduğunu bildirir. O, obyektivliyə və həyata keçirilmiş tədbirlərə görə Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Asif Ağayev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Nərimanov rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsində aparılan araşdırmanın nəticəsindən razı olduğunu bildirir. O, obyektivliyə və həyata keçirilmiş tədbirlərə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Kənan Zamanov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında çantasını taksidə unutması barədə Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinə etdiyi müraciətinə operativ baxıldığını və qısa müddətdə tapılaraq ona təhvil verildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilmiş tədbirlərə görə Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Mətanət Kuhi DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı müraciəti üzrə Nərimanov Rayon Polis İdarəsində obyektiv araşdırma aparıldığını, müsbət həll olunduğunu və dəymiş maddi ziyanın ödətdirilməsində də köməklik göstərildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, obyektivliyə və göstərilmiş köməkliyə görə Nərimanov RPİ-nin əməkdaşlarına əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Tuncer Qocayev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında paytaxtın Nərimanov rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsində obyektiv araşdırma aparıldığını və müvafiq köməkliyin göstərildiyini bildirir. O, operativliyə, obyektivliyə və göstərilmiş köməkliyə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Allahverdi Abbasov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında mobil telefonunun oğurlanması ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə etdiyi müraciətinə operativ baxıldığını və araşdırmalarla mobil telefonunun qısa müddətdə tapılaraq ona təhvil verildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilmiş tədbirlərə görə Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Səbinə Süleymanova məktubunda müraciəti üzrə Binəqədi Rayon Polis İdarəsində obyektiv araşdırma aparıldığını və müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilmiş tədbirlərə görə Binəqədi RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Elnarə Əliyeva məktubunda üzləşdiyi oğurluqla bağlı müraciəti üzrə Bakı Şəhər Baş Polis İdarəsində obyektiv araşdırma aparıldığını, müsbət həll olunduğunu və dəymiş maddi ziyanın ödətdirilməsində də köməklik göstərildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, obyektivliyə və göstərilmiş köməkliyə görə BŞBPİ-nin əməkdaşlarına təşəkkür edir.