Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Əli Məmmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mən Kəngərli rayonunun Xok kənd sakini kimi mənə göstərdikləri köməkliyə görə DİN-in rəhbərliyinə və Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşlarına öz dərin minnətdarlığımı bildirirəm”. 

Bərdə rayon sakini Hüseyn Qasımov etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Asiya Əfəndiyeva DİN-in insteqram hesabına yazdığı mesajında müraciətini diqqətlə dinləyən və probleminin qısa müddətdə həllinə köməklik göstərən Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Nurlan Camallı DİN-in insteqram hesabına yazdığı mesajında uşaqların yol təhlükəsizliyinə diqqətin artırılması məqsədilə “Diqqət, uşaqlar!” təhlükəsizlik aylığı çərçivəsində həyata keçirilən maarifləndirici fəaliyyəti yüksək qiymətləndirir və bu istiqamətdə göstərilən təşəbbüslərə görə DİN rəhbərliyinə təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Nihad Cəbrayılov DİN-in insteqram hesabına yazdığı mesajında Nərimanov rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan qardaşına köməklik göstərilməsinə və hadisənin obyektiv araşdırılmasına görə başda DİN rəhbərliyi olmaqla, polis əməkdaşlarına təşəkkürünü bildirir.

Şahbuz rayon sakini İlham Bağırov yolda nəqliyyat vasitəsində yaranmış nasazlıqla əlaqədar ərazidə xidmət aparan Post-Patrul Xidmətinin əməkdaşlarına müraciət etdiyini və ona lazımi köməklik göstərildiyini qeyd edir. O, buna görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə, həmçinin Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Təranə Məmmədova DİN-in insteqram hesabına yazdığı mesajında Nərimanov rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsinin obyektiv və ədalətli araşdırılmasından, ona dəymiş ziyanın ödənilməsindən razılığını ifadə edərək Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Meysarə Abıyeva DİN-in insteqram hesabına yazdığı mesajında Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə etdiyi müraciətə qısa müddət ərzində baxıldığını, məsələ ilə bağlı müvafiq tədbirlər görüldüyünü bildirir. O, vətəndaş müraciətinə həssas münasibətə görə DİN rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü ifadə edir.

Sosial şəbəkə istifadəçisi Laçın Sultanova və bir qrup sakin əkdikləri ağac və güllərin zədələnməsi ilə bağlı müraciətlərinə operativ baxılaraq müvafiq tədbirlər görüldüyünə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edirlər.