Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Kənan Şirinov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Nərmin Mehdiyeva hava limanında üzləşdiyi çətinliklə bağlı ona göstərilən köməkliyə görə başda DİN rəhbərliyi olmaqla, Hava Nəqliyyatında Polis İdarəsinin kollektivinə təşəkkür edir.

Vətəndaş Təyyar Qəhrəmanov Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq etdiyi müraciətinin müsbət həll olunmasına görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliyinə təşəkkür edir.

Vətəndaş Seymur Əmirzadə etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkür edir.

Vətəndaşlar Rəşad Səfərəliyev, Azad Əbilov, Azər Əliyev, Kamran Qasımov, Günel Cavadova, Əlövsət Məmmədov, Səbuhi Nəsirov və Saleh Yəhyayev etdikləri müraciətlər üzrə onlara müvafiq köməklik göstərildiyini bildirirlər. Onlar, vətəndaş müraciətinə həssas yanaşılmasına görə Azərbaycan polisinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Vətəndaşlar Asim Burcəliyev, Elcan Afşari və Hikmət Teymurov DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Azərbaycan polisinə minnətdarlıqlarını bildirirlər.

Vətəndaşlar Ruslan Seyidəhmədov, Xəyalə Sərkərova, Yaşar Qaziyev, Asiman Səfərov, Toğrul Ələkbərov, Sevda Cavadova, Elnur Qəribov və Taryel Şahvalov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla Quba RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

İsrail vətəndaşı Roman Davidov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda taksidə unutduğu mobil telefonunun qısa müddət ərzində tapılaraq özünə qaytarılmasına görə Qaradağ Rayon Polis İdarəsnin 10-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Elvin Qədimov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mən vətəndaş olaraq DİN-in rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına göstərdikləri diqqətə, peşəkarlığa və məsuliyyətli fəaliyyətlərinə görə təşəkkürümü bildirirəm. Müraciətim zamanı əməkdaşlar tərəfindən mənə nəzakətlə yanaşılmış, məsələnin araşdırılmasına operativ və obyektiv şəkildə baxılmışdır. Onların vətəndaşlarla ünsiyyət mədəniyyəti, qanunvericiliyə uyğun fəaliyyəti və xidməti vəzifələrini layiqincə yerinə yetirmələri məndə müsbət təəssürat yaratmışdır”.