Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Azər Ağayev Daxili İşlər Nazirliyinə ünvanladığı teleqramda Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə ünvanladığı müraciətinin qısa zaman ərzində həllini tapmasında göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Sumqayıt ŞPİ-nin şəxsi heyətinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Elçin Əliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda barəsində edilmiş əsassız şikayətin obyektiv, şəffaf və ədalətli şəkildə araşdırılmasına görə Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

İmişli rayon sakini Rüfət Məmmədov etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Aysel Mahmudova telefonun oğurlanması ilə bağlı müraciətinə operativ reaksiya göstərilərək məsələnin qısa müddətdə həll olunmasına və telefonun geri qaytarılmasına görə Nərimanov Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Vüqar Əliyev Ziya Bünyadov prospektində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı hüquqlarının təmin olunmasından və aparılan araşdırmanın nəticəsindən razı qaldığını bildirərək Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Sosial şəbəkə istifadəçisi Yekaterina Quliyeva qonşusu ilə aralarında yaranmış problemin polis əməkdaşlarının müdaxiləsindən sonra aradan qaldırılmasına görə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Elmin Şərifov Atatürk prospektində avtomobillə vurulması faktının Nərimanov Rayon Polis İdarəsində araşdırılmasından və nəticənin onu qane etməsindən bəhs edərək polis əməkdaşlarına təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Anar Yaqublu iştirakçısı olduğu yol-nəqliyyat hadisəsinin polis əməkdaşları tərəfindən qanunauyğun araşdırma aparmasına görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Namiq Nəbiyev müraciətinə diqqətlə yanaşılmasına, göstərilən diqqət və peşəkar münasibətə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarna təşəkkürünü ifadə edir.