Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
13.10.2026 - Vətəndaş Elnur Həsənov
Vətəndaş Elnur Həsənov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mənə məxsus avtomobilin buraxılması üçün göstərdiyiniz diqqət və köməkliyə görə Sizə öz dərin minnətdarlığımı bildirirəm. Həmçinin Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə, 17-ci Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına göstərdikləri diqqət və köməyə görə təşəkkür edirəm. Allah dövlətimizi və dövlətimizin keşiyində duran polis əməkdaşlarını qorusun. Sağ olsun, Azərbaycan polisi!”.
13.10.2026 - Vətəndaş Sənan Quliyev
Vətəndaş Sənan Quliyev DİN-in Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Bildirir ki, Nərimanov RPİ-nin 16-cı PŞ-də aparılan təhqiqat araşdırması nəticəsində problem öz həllini tapmışdır. Müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.
13.10.2026 - Vətəndaş Fərzad Xolafərzad
Vətəndaş Fərzad Xolafərzad DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında üzləşdiyi dələduzluq faktı ilə bağlı Naxçıvan Şəhər Polis İdarəsinə müraciət etdiyini bildirir. Müraciətinin obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
13.10.2026 - Vətəndaş Yasin Kərimli
Vətəndaş Yasin Kərimli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə DİN rəhbərliyinə və Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
13.10.2026 - Bakı şəhər sakini Əhməd Məmmədov
Bakı şəhər sakini Əhməd Məmmədov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
13.10.2026 - Vətəndaş Səməd Abbasov
Vətəndaş Səməd Abbasov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə DİN rəhbərliyinə və Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
13.10.2026 - Bakı şəhər sakini Fərid Həsənli
Bakı şəhər sakini Fərid Həsənli DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi dələduzluq faktı ilə bağlı polisə müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə DİN rəhbərliyinə və Xətai RPİ 35-ci Polis Şöbəsinə minnətdarlığını ifadə edir.
12.10.2026 - Masallı rayon sakini Yadulla Qədirov
Masallı rayon sakini Yadulla Qədirov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, müraciətinin Yasamal Rayon Polis İdarəsində obyektiv araşdırılmasına, ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə təşəkkürünü bildirir.
12.10.2026 - Astara şəhər sakini Aidə Allahveriyeva
Astara şəhər sakini Aidə Allahveriyeva Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə, vətəndaşlara diqqət və qayğı ilə yanaşılmasına, humanistliyə görə DİN rəhbərliyinə və Astara Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.