Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
23.09.2026 - Vətəndaş Aysel Xəlilova
Vətəndaş Aysel Xəlilova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə Nərimanov RPİ 17-ci Polis Şöbəsinin əməkdaşlarına minnəttarlığını bildirir.
23.09.2026 - Vətəndaş Vüqar Kazımov
Vətəndaş Vüqar Kazımov DİN-ə yazdığı məktubunda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən Sumqayıt şəhərində keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə müvafiq tapşırıqlar verildiyini yazır. O, obyektiv araşdırma nəticəsində müraciətinin müsbət həll olunduğunu qeyd edir, göstərilən diqqətə və obyektiv araşdırmalara görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
23.09.2026 - Vətəndaş Çinarə Əsədova
Vətəndaş Çinarə Əsədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, anasının səhhətinin qəfil pisləşdiyini, ərazidə xidmət aparan polis əməkdaşının dərhal onlara yaxınlaşaraq ilkin tibbi yardımın göstərildiyini bildirir. Buna görə də Azərbaycan polisinə təşəkkür edir.
23.09.2026 - Vətəndaş Veysəl Abdullayev
Vətəndaş Veysəl Abdullayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə Nərimanov RPİ 16-cı Polis Şöbəsinin əməkdaşlarına minnəttarlığını bildirir.
23.09.2026 - Vətəndaş Fuad Sadıqov
Vətəndaş Fuad Sadıqov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
23.09.2026 - Vətəndaş Faiq
Vətəndaş Faiq DİN-in “Instagram” səhifəsinə mesajında baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini yazır. O, məsələyə dərhal və obyektiv yanaşılaraq hadisənin düzgün araşdırılmasına görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
23.09.2026 - Vətəndaş Səidə Cəlilova
Vətəndaş Səidə Cəlilova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə müvafiq tapşırıqlar verildiyini yazır. O, obyektiv araşdırma nəticəsində müraciətinin müsbət həll olunduğunu qeyd edir, göstərilən diqqətə və obyektiv araşdırmalara görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
23.09.2026 - Vətəndaş Aytəkin Bayramova
Vətəndaş Aytəkin Bayramova DİN-ə təşəkkür məktubu yazıb. O, müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə Sumqayıt ŞPİ 3-cü Polis Bölməsinin əməkdaşlarına minnəttarlığını bildirir.
23.09.2026 - Vətəndaş Gövhər Bayramova
Vətəndaş Gövhər Bayramova DİN-ə yazdığı məktubunda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən Sumqayıt şəhərində keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə müvafiq tapşırıqlar verildiyini yazır. O, obyektiv araşdırma nəticəsində müraciətinin müsbət həll olunduğunu qeyd edir, göstərilən diqqətə və obyektiv araşdırmalara görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.