Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Günel Qurbanova müraciətinin diqqətlə araşdırılmasına, məsələnin həlli istiqamətində görülən tədbirlərə və ona göstərilən köməkliyə görə Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Aysel İsayeva DİN-in “Instagram” hesabına yazdığı mesajında polis əməkdaşları tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Vətəndaş Güllü Mustafayeva təşəkkür məktubunda müraciəti ilə əlaqədar DİN-in Təhqiqat İdarəsində qəbul edildiyini, hüquqlarının ona hərtərəfli izah olunduğunu vurğulayır və buna görə rəhbərliyə təşəkkürünü bildirir.

Vətəndaş Nailə Yusifova keçmiş həyat yoldaşı tərəfindən narahat edilməsi ilə bağlı müraciətinə operativ baxılmasına və ona köməklik göstərilməsinə görə Sumqayıt Şəhər Polis İdarəsinin rəhbərliyinə təşəkkür edir.

Vətəndaş Arif Süleymanov Qarabağ veteranlarına göstərilən diqqət və qayğıya görə başda Daxili İşlər Nazirliyinin rəhbərliyi olmaqla, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi İman Quliyev DİN-in “102” Xidməti-Zəng Mərkəzinə etdiyi müraciətinin həlli istiqamətində lazımi hüquqi tədbirlərin görüldüyünü bildirir. O, buna görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Sosial şəbəkə istifadəçisi Amin Mirzəyev DİN-in “Instagram” hesabına yazdığı mesajında Nərimanov rayonu ərazisində onun iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyini qeyd edir. O, dərhal hadisə yerinə gələn və obyektiv araşdırma aparan Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Fərid Əkbərov Sumqayıt şəhərində keçirilən vətəndaş qəbulu zamanı müraciətinə baxılmasına və qaldırdığı məsələyə dərhal reaksiya verilməsinə görə başda DİN rəhbərliyi  olmaqla, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir. 

Vətəndaş Azad Əbilov məktubunda müraciəti ilə əlaqədar Quba Rayon Polis Şöbəsində aparılan araşdırmanın nəticəsindən razılığını ifadə edərək DİN rəhbərliyinə və polis şöbəsinin əməkdaşlarına minnətdarlığını çatdırır.