Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Əli Qasımov üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Sərxan Cəfərov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinin obyektiv araşdırılmasına və müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Günay Mustafayeva DİN-ə ünvanladığı təşəkkür məktubunda dəymiş maddi ziyanın ödətdirilməsi ilə əlaqədar DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Səmayə Hümbətova üzləşdiyi problemlə bağlı müraciətinə qısa zaman ərzində operativ baxılaraq göstərilən köməkliyə görə Gəncə ŞBPİ-nin əməkdaşlarına minnətdarlıq edir.

Vətəndaş Raya Bağırova müraciətinə baxıldığı və hüquqlarının ətraflı izah edildiyi üçün Gəncə ŞBPİ -nin əməkdaşlarına minnətdarlığını çatdırır.

Vətəndaş Səadət Bağırova müraciətinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və eyni zamanda operativliyə görə Daşkəsən RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Nailə Baxşəliyeva Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı müraciətinin qısa müddətdə həll olunmasında göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Xəzər Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Torpaq sahəsinin alınması ilə bağlı ödədiyim pulun bir hissəsinin qaytarılmaması barədə müraciət etmişdim. Müraciətimlə bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə dəvət olundum, şikayətim araşdırıldı və polis əməkdaşları tərəfindən müraciətimə xüsusi diqqət göstərildi. Göstərilən diqqət, operativlik və köməyə görə Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşlarına dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm”.

Bakı şəhər sakini, Vətən müharibəsi iştirakçısı Hacı Quliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə göstərilən diqqət və dəstəyə, həmçinin müraciətinin müsbət həllinə görə DİN-in rəhbərliyinə təşəkkürünü bildirir.