Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Kamil Məmmədov üzləşdiyi yol-nəqliyyat hadisəsində qanuni araşdırma aparmasına görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını çatdırır.

Vətəndaş Şamil Süleymanlı Daxili İşlər Nazirliyinə ünvanladığı elektron müraciətə Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsi tərəfindən operativ baxılaraq müraciətinin həllini tapmasına görə polis əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Lalə Aibova müraciətinin həssaslıqla araşdırılması və ona lazımi köməkliyin göstərilməsi ilə əlaqədar Nizami Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını ifadə edir.

Sosial şəbəkə istifadəçisi Nicat Əsgərov motosikletlə hərəkətdə olarkən Ziya Bünyadov prospektində üzləşdiyi yol-nəqliyyat hadisəsində hadisə yerinə gələn Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının göstərdiyi köməkliyə görə idarə rəhbərliyinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Aysun Baxşəliyeva baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı aparılan araşdırma zamanı ona göstərilən diqqətə və peşəkar münasibətə görə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Nuranə Abdullalı müraciətinin qısa müddətdə müsbət həllini tapdığını bildirərək Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkür edir.

Əcnəbi vətəndaş Erkan Kutay Bakı hava limanında itirdiyi mobil telefonun qısa müddətdə tapılaraq özünə qaytarılmasında göstərilən köməyə görə hava limanında xidmət aparan polis əməkdaşlarına minnətdarlığını ifadə edir.

Sosial şəbəkə istifadəçisi Sübhi Talıbov müraciəti ilə əlaqədar məsələyə diqqətlə yanaşılmasından və göstərilən köməkdən razı qaldığını qeyd edərək Xətai Rayon Polis İdarəsinin və Dövlət Yol Polisi əməkdaşlarının fəaliyyətinə görə təşəkkürünü çatdırır.

Sosial şəbəkə istifadəçisi Vasif Alməmmədov müraciətinin araşdırılaraq məsələnin müsbət həllinə görə polis əməkdaşlarına minnətdarlığını bildirir.