Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
07.10.2026 - Sumqayıt şəhər sakini Səidə Dadaşova
Sumqayıt şəhər sakini Səidə Dadaşova etdiyi müraciəti üzrə ona müvafiq köməklik göstərildiyini bildirir. O, vətəndaş müraciətinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
07.10.2026 - Bir qrup Quba rayon sakini
Vətəndaşlar Fərmayil Hüseynov, Rəvan Nemətov, Cavid Babayev, Tural Səlimov və Nail Rüstəmov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla Quba RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.
07.10.2026 - Sosial şəbəkə istifadəçisi Zaur Əsədzadə
Sosial şəbəkə istifadəçisi Zaur Əsədzadə DİN-in insteqram hesabına yazdığı mesajında yüksək məişət səs-küyü ilə bağlı müraciətinin Xətai Rayon Polis İdarəsi tərəfindən diqqətlə araşdırıldığını və müvafiq tədbirlərin görüldüyünü bildirir. Buna görə polis əməkdaşlarına minnətdarlıq edir.
07.10.2026 - Sosial şəbəkə istifadəçisi İqbal Sarıyev
Sosial şəbəkə istifadəçisi İqbal Sarıyev DİN-in insteqram hesabına yazdığı mesajında Bakı şəhərinin Nərimanov rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı polis əməkdaşlarının dərhal hadisə yerinə gələrək araşdırma apardıqlarını bildirir. O, göstərilən operativliyə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
07.10.2026 - Sosial şəbəkə istifadəçisi Məhəmməd Hümbətli
Sosial şəbəkə istifadəçisi Məhəmməd Hümbətli DİN-in insteqram hesabına yazdığı mesajında müraciətini qısa müddət ərzində nəzarətə götürərək ona lazimi köməkliyi göstərən Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
07.10.2026 - Vətəndaş Sadiq Məhərrəmov
Vətəndaş Sadiq Məhərrəmov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “15.09.2026-cı il tarixində paytaxtın Nərimanov rayonu, F.X.Xoyski küçəsində baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuşam.
Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparıldı. Vətəndaş məmnuniyyətinin ön planda tutulmasına, eləcə də araşdırmanın hərtərəfli, düzgün və obyektiv şəkildə aparılmasına görə, DİN-in rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm”.
07.10.2026 - Vətəndaş Fərid Şahbazlı
Vətəndaş Fərid Şahbazlı DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Pozulmuş hüquqları ilə bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət etmişdim. Müraciətimlə bağlı dərhal mənə köməklik göstərildi. DİN-in rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına öz təşəkkürümü bildirirəm”.
07.10.2026 - Vətəndaş Vüsalə Əhmədova
Vətəndaş Vüsalə Əhmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, mobil telefonunun itməsi ilə bağlı olaraq Pirallahı Rayon Polis İdarəsidə olduğunu qeyd edərək müraciətinə həssaslıqla yanaşılmasına, operativliyə və telefonunun tapılaraq ona təhvil verilməsinə görə DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
07.10.2026 - Vətəndaş Ömər Behbudov
Vətəndaş Ömər Behbudov DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsində aparılan araşdırmanın iştirakçısı olduğunu bildirir. O qeyd edir ki, araşdırma obyektiv və peşəkar şəkildə aparılıb. Göstərilən diqqətə və peşəkar fəaliyyətə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.