Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Afiq Əhmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti ilə əlaqədar göstərdikləri köməkliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Fariz Məmmədov məktubunda müraciəti ilə əlaqədar həyata keçirilən tədbirlərə görə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Orxan Qasımzadə məktubunda operativ və obyektiv olan, gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Vüqar Kazımov məktubunda müraciəti ilə əlaqədar həyata keçirilən tədbirlərə və ona dəymiş maddi ziyanın ödətdirilməsinin təmin olunmasına görə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Əliqulu Sadıqov məktubunda müraciətinin müsbət həll olunmasına görə polis əməkdaşlarına təşəkkürünü bildirir.

Babək rayon sakini Səxavət Həsənov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.

Türkiyə Respublikasının vətəndaşı Nurşin Güngör üzləşdiyi dələduzluq faktı ilə bağlı etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Nəsimi RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Bakı şəhər sakini Yaqut Nəsirova etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkür edir.

Bakı şəhər sakini Nərmin Pənahova üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinə operativ reaksiya verilməsinə görə başda DİN rəhbərliyi olmaqla, Suraxanı RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.