Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
15.10.2026 - Vətəndaş Vüqar Kazımov
Vətəndaş Vüqar Kazımov DİN-ə yazdığı məktubunda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən Sumqayıt şəhərində keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə müvafiq tapşırıqlar verildiyini yazır. O, obyektiv araşdırma nəticəsində müraciətinin müsbət həll olunduğunu qeyd edir, göstərilən diqqətə və obyektiv araşdırmalara görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
15.10.2026 - Vətəndaşlar Asif Məmmədov, Mübariz İsmayılov
Vətəndaşlar Asif Məmmədov, Mübariz İsmayılov DİN-ə təşəkkür məktubu yazıb. O, dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnəttarlığını bildirir.
15.10.2026 - Vətəndaş Mühəmməd Quluzadə
Vətəndaş Mühəmməd Quluzadə DİN-ə təşəkkür məktubu yazıb. O, dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşlarına minnəttarlığını bildirir.
15.10.2026 - Vətəndaş Samir Şirinov
Vətəndaş Samir Şirinov DİN-ə təşəkkür məktubu yazıb. O, dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnəttarlığını bildirir.
15.10.2026 - Vətəndaş Dürdanə Abbasova
Vətəndaş Dürdanə Abbasova DİN-in “Instagram” səhifəsinə mesajında özünə məxsus əşyasını itirməsi ilə bağlı polisə müraciət etdiyini yazır. O, müraciətinə dərhal çevik reaksiya verilərək itirdiyi əşyasının qısa müddətdə tapılıb geri qaytarılmasına görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
15.10.2026 - Vətəndaş Emin Əhmədov
Vətəndaş Emin Əhmədov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə Nəsimi RPİ 21-ci Polis Şöbəsinin əməkdaşlarına minnəttarlığını bildirir.
15.10.2026 - Vətəndaş Rəsul Həmidov
Vətəndaş Rəsul Həmidov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini yazır. O, məsələ ilə əlaqədar aparılan araşdırmadan razı qaldığını bildirərək göstərilən diqqətə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
15.10.2026 - Şəhid ailəsi olan Xumar Nəbiyeva
Şəhid ailəsi olan Xumar Nəbiyeva DİN-ə ünvanladığı məktubunda Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şəhid və qazi ailələrinə yüksək diqqət və qayğı göstərildiyini qeyd edir. O, humanist və qayğıkeşliklərinə görə RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
15.10.2026 - Vətəndaş Röyal Qarayev
Vətəndaş Röyal Qarayev DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, avtomobildə olarkən atasının səhhətində problem yarandığını və ərazidə xidmət aparan Yol Patrul Xidməti əməkdaşlarının dərhal köməklik göstərdiyini qeyd edir. O, humanist və qayğıkeşliklərinə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.