Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Çinarə Məhəmmədli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Sizə yazdığım müraciətimə əsasən Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin əməkdaşlarının səyi nəticəsində mənə dəymiş ziyan tam ödənildi. Daxili İşlər Nazirliyinin əməkdaşlarına minnətdarlığımı bildirirəm”.

Bakı şəhər sakini Həqiqət İsabalayeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Daxili İşlər Nazirliyinə müraciətimlə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə dəvət olundum və iştirakımla araşdırma aparıldı. Məsələ müsbət həllini tapdı. Operativ reaksiyaya görə DİN-in rəhbərliyinə təşəkkürümü bildirirəm”.

Vətəndaş Rafiq Cəfərov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “06.10.2025-ci il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət etmişdim ki, bir nəfər şəxs məni usta kimi işlətdiyi halda zəhməthaqqımı verməyib. Naxçıvan Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən məsələyə operativ şəkildə baxıldı, zəhməthaqqım ödəndi. Göstərilən köməkliyə görə DİN-in və Naxçıvan Şəhər Polis İdarəsinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Var olsun, Azərbaycan polisi!”.

Ağcabədi rayon sakini Aftandil Süleymanov müraciətində xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə Ağcabədi Rayon Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Ağdam rayon sakini Sevinc Əliyeva müraciətinin müsbət həllinə görə Sumqayıt Şəhər Polis İdarəsinin  əməkdaşlarına və DİN rəhbərliyinə  təşəkkür edir.

Ağcabədi rayon sakini Bulud Quliyev müraciətinin müsbət həllinə görə DİN rəhbərliyinə  minnətdarlığnı bildirir.

Mingəçevir şəhər sakini Ruslan Heydərli müraciətinə göstərilən diqqətə və polis əməkdaşlarının yüksək xidməti fəaliyyətinə görə Yevlax Rayonlararası Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Yevlax rayon sakini Kəmalə Qasımova müraciətinin müsbət həllinə görə Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə  təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Həcər Kösəyeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında itən əşyasının tez bir zamanda tapılaraq ona təhvil verdikləri üçün Nərimoanov RPİ 17-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.