Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
22.09.2025 - Cəlilabad rayon sakini Əliqismət Dövlətov
Cəlilabad rayon sakini Əliqismət Dövlətov rayon ərazisindəki yollarda hərəkətin təhlükəsizliyinin etibarlı təmin olunmasına, sürücü intizamının artırılması istiqamətində görülən tədbirlərə görə rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
22.09.2025 - Cəlilabad rayon sakini Vəli Ataşov
Cəlilabad rayon sakini Vəli Ataşov müraciətlərə həssaslıqla yanaşılmasına, göstərilən diqqətə və humanistliyə görə Bərdə Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
22.09.2025 - Lənkəran şəhər sakini Nicat Axundov
Lənkəran şəhər sakini Nicat Axundov öz məktubunda müraciəti ilə əlaqədar ona lazımi köməyin göstərilməsinə və humanistliyə görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü ifadə edir.
22.09.2025 - Lənkəran şəhər sakini Səbuhi Daşdəmirli
Lənkəran şəhər sakini Səbuhi Daşdəmirli üzləşdiyi problemlə əlaqədar etdiyi müraciət əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilməsinə, aidiyyəti göstərişlərin verilməsinə və ona lazımi köməyin göstərilməsinə görə təşəkkürünü bildirir.
22.09.2025 - Vətəndaş Tərifə İsmayılova
Vətəndaş Tərifə İsmayılova öz məktubunda müraciətlinə operativ qaydada baxılaraq araşdırılmasına və ona dyəmiş maddi ziyanın qaytarılmasına, xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiklərinə görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
22.09.2025 - Biləsuvar rayon sakini Nadir İsmayılzadə
Biləsuvar rayon sakini Nadir İsmayılzadə bağçılıq sahəsindəki ağacların bir qisminin ehtiyatsızlıqdan yandırılması ilə bağlı müraciətinin obyektiv qaydada və peşəkarlıqla araşdırılmasına və ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə rayon polis şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
22.09.2025 - Vətəndaş Mehman Qənbərov
Vətəndaş Mehman Qənbərov öz məktubunda üzləşdiyi problemlə əlaqədar Cəlilabad Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilməsinə və məsələnin müsbət həllini tapmasına görə təşəkkürünü bildirir.
22.09.2025 - Şahbuz rayon sakini Elnarə Bağırova
Şahbuz rayon sakini Elnarə Bağırova müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə Şahbuz Rayon Polis Şöbəsinin kollektivinə təşəkkürünü bildirir.
22.09.2025 - Şahbuz rayon sakini Pirməmməd Süleymanov
Şahbuz rayon sakini Pirməmməd Süleymanov müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə Şahbuz Rayon Polis Şöbəsinin kollektivinə minnətdarlıq edir.