Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
13.10.2025 - Sosial şəbəkə istifadəçisi Pərvin Ələkbərov
Sosial şəbəkə istifadəçisi Pərvin Ələkbərov müraciətinə operativ baxılmasına və qısa müddətdə həllini tapmasına görə Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlıq edir.
13.10.2025 - Sosial şəbəkə istifadəçisi Xəyalə Həsənova
Sosial şəbəkə istifadəçisi Xəyalə Həsənova müraciətinə həssas yanaşılmasına və göstərilən köməkliyə görə Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşlarına minnətdarlığını bildirir.
13.10.2025 - Sosial şəbəkə istifadəçisi Ramil Qasımov
Sosial şəbəkə istifadəçisi Ramil Qasımov baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkür edir.
13.10.2025 - Vətəndaş Gündüz Aslanov
Vətəndaş Gündüz Aslanov ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə obyektiv baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə BMCMİ-nin əməkdaşlarına minətdarlığını bildirir.
13.10.2025 - Sosial şəbəkə istifadəçisi Nazim Düşdürov
Sosial şəbəkə istifadəçisi Nazim Düşdürov baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparılmasına, hüquq və vəzifələrinin izah olunmasında göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkür edir.
13.10.2025 - Sosial şəbəkə istifadəçisi Lamiyə Allahverdiyeva
Sosial şəbəkə istifadəçisi Lamiyə Allahverdiyeva müraciətinə həssas yanaşılmasına və qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
13.10.2025 - Sosial şəbəkə istifadəçisi Yeganə Hüseynova
Sosial şəbəkə istifadəçisi Yeganə Hüseynova oğurlanan çantasını tez bir zamanda taparaq ona təhvil verdikləri üçün Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.
13.10.2025 - Vətəndaş Vüsal İbrahimov
Vətəndaş Vüsal İbrahimov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinə etdiyi müraciətinin görülmüş operativ tədbirlərlə müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilmiş tədbirlərə görə Xətai RPİ-nin əməkdaşlarına təşəkkür edir.
13.10.2025 - Vətəndaş Azad Rəhimov
Vətəndaş Azad Rəhimov “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinə etdiyi müraciətin obyektiv araşdırıldığını və müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilmiş tədbirlərə görə Xətai RPİ-nin əməkdaşlarına təşəkkür edir.