Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Kamran Abbasov itən pul qabısını tez bir zamanda taparaq ona təhvil verdikləri üçün Pirallahı Rayon Polis İdarəsinin Post-patrul Xidmətinin əməkdaşlarına təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Elgiz Hüseynli müraciətinə operativ reaksiya verilməsinə və itən mobil telefonunu taparaq ona təhvil verdiklərinə görə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Kamran Həsənzadə ona qarşı edilən oğurluq ilə bağlı müraciətinə operativ baxılaraq obyektiv araşdırma aparıldığına və dəyən maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkür edir.

Şahbuz rayon sakini Nəsimi Məmiyev müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə Şahbuz Rayon Polis Şöbəsinin kollektivinə minnətdarlıq edir.

Vətəndaş Sənubər Həsənova məktubunda Daxili İşlər Nazirliyinə etdiyi müraciəti üzrə qəbul edildiyini, hüquq və vəzifələrinin ona izah olunduğunu yazır. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına, göstərilmiş diqqətə və köməkliyə görə DİN rəhbərliyinə təşəkkür edir.

Bakı şəhər sakini Əjdər Yunusov məktubunda övladının Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olunduğunu yazır. O, məktubunda bu nailiyyətin sevincini bölüşərək Polis Akademiyasında yaradılan şəraitə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir, Azərbaycan polisinə çətin və şərəfli xidmətində uğurlar arzulayır. 

Yevlax rayon sakini Mustafa Mustafyev peşə fəaliyyətini və xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Yevlax və Daşkəsən Rayon Polis Şöbələrinin əməkdaşlarına minnətdarlığını bildirir.

Yevlax rayon sakini Məzahir Məmmədov müraciətinin müsbət həllinə görə Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə  təşəkkür edir.

Füzuli rayon sakini Əfqan Namazov müraciətinin müsbət həllinə görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına və DİN rəhbərliyinə  minnətdarlığnı bildirir.