Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçiləri Novruz Əliyev, Cəlal Cəfərov, Rəna Səlimova DİN-in “Instagram” səhifəsinə yazdıqları mesajlarında baş vermiş yol-nəqliyyat hadisələri ilə əlaqədar müraciətilərinə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Anar Vəliyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə baxılaraq müsbət həll olunmasında göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına minnəttarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Zahid Məmmədov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar müraciətininə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Günel Məmmədrəhimova DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar polisə müracət etdiyini bildirir. Operativ araşdırmalar nəticəsində ona dəyən maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə isə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməkdaşlarına minnəttarlığını bildirir. 

Vətən müharibəsi iştirakçısı Ehtiram Qurbanlı DİN-ə ünvanladığı məktubunda müraciətinə operativ baxılaraq onun müsbət həll edilməsində göstərilən köməkliyə görə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Amira Novruzlu DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında müraciətinə baxılaraq müsbət həll olunmasında göstərilən köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi İlkin Novruzov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar müraciətininə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərilən köməkliyə görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Gəncə şəhər sakini Kamal Əmirov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.  

Vətən müharibəsi iştirakçısı Bəylər Teymurov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu göndərib. O, səhhətində yaranmış problemlə bağlı DİN-in A.Heydərov adına Respublika Hospitalında müalicə aldığını yazır. Orada həkimlərin bütün xəstələrə xüsusi  diqqət və qayğı ilə yanaşdığını qeyd edir. B.Teymurov yaradılan bu şəraitə, humanist və qayğıkeşliklərinə görə DİN rəhbərliyinə və A.Heydərov adına Respublika Hospitalının əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.