Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
15.10.2025 - Vətən müharibəsi iştirakçısı Elvin Manafov
Vətən müharibəsi iştirakçısı Elvin Manafov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu göndərib. O, Yasamal rayonu ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı təmin olunması üçün gecə-gündüz yorulmadan ayıq-sayıq xidmət aparan Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
14.10.2025 - Ucar rayon sakini Gülay Cəbrayılova
Ucar rayon sakini Gülay Cəbrayılova DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Ucar RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
14.10.2025 - Hacıqabul rayon sakini Ziyadxan Nəsirov
Hacıqabul rayon sakini Ziyadxan Nəsirov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə minnətdarlığı bildirir.
14.10.2025 - Şirvan şəhər sakini Bədircahan Rəsulova
Şirvan şəhər sakini Bədircahan Rəsulova DİN-ə ünvanladığı təşəkkür məktubunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı apardıqları mübarizəyə, eləcə də xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
13.10.2025 - Sosial şəbəkə istifadəçisi Cəmalə İsmayılova
Sosial şəbəkə istifadəçisi Cəmalə İsmayılova müraciətinə dərhal reaksiya verildiyinə və üzləşdiyi problemin aradan qaldırılmasında göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
13.10.2025 - Sosial şəbəkə istifadəçisi Vüsalə İbiş
Sosial şəbəkə istifadəçisi Vüsalə İbiş müraciətinə dərhal reaksiya verilərək ona dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşlarına təşəkkür edir.
13.10.2025 - Sosial şəbəkə istifadəçisi Əli Nağıyev
Sosial şəbəkə istifadəçisi Əli Nağıyev baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aparılan araşdırmadan razılıq edir, hüquq və vəzifələrinin izah olunmasında göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
13.10.2025 - Sosial şəbəkə istifadəçisi Gülnarə Cəfərova
Sosial şəbəkə istifadəçisi Gülnarə Cəfərova baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlıq edir.
13.10.2025 - Sosial şəbəkə istifadəçisi Vəli İsmayılov
Sosial şəbəkə istifadəçisi Vəli İsmayılov onu narahat edən məsələ ilə bağlı müraciətinə tez bir zamanda baxılaraq müsbət həllini tapmasında göstərilən köməkliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.