Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Ağdam rayon sakini Sevinc Əliyeva müraciətinin müsbət həllinə görə Sumqayıt Şəhər Polis İdarəsinin  əməkdaşlarına və DİN rəhbərliyinə  təşəkkür edir.

Ağcabədi rayon sakini Bulud Quliyev müraciətinin müsbət həllinə görə DİN rəhbərliyinə  minnətdarlığnı bildirir.

Mingəçevir şəhər sakini Ruslan Heydərli müraciətinə göstərilən diqqətə və polis əməkdaşlarının yüksək xidməti fəaliyyətinə görə Yevlax Rayonlararası Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Yevlax rayon sakini Kəmalə Qasımova müraciətinin müsbət həllinə görə Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə  təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Həcər Kösəyeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında itən əşyasının tez bir zamanda tapılaraq ona təhvil verdikləri üçün Nərimoanov RPİ 17-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçiləri Novruz Əliyev, Cəlal Cəfərov, Rəna Səlimova DİN-in “Instagram” səhifəsinə yazdıqları mesajlarında baş vermiş yol-nəqliyyat hadisələri ilə əlaqədar müraciətilərinə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Anar Vəliyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə baxılaraq müsbət həll olunmasında göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına minnəttarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Zahid Məmmədov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar müraciətininə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Günel Məmmədrəhimova DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar polisə müracət etdiyini bildirir. Operativ araşdırmalar nəticəsində ona dəyən maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə isə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməkdaşlarına minnəttarlığını bildirir.