Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Səkinə Allahverdiyeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışlarına görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.

Sosial şəbəkə istifadəçisi Ruslan Kerbiyev DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında Pirallahı rayonu ərazisində polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində aparılan qətiyyətli mübarizə tədbirlərinə görə DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.  

Vətəndaş Müzəffər Cəfərov DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında Pirallahı Rayon Polis İdarəsinə etdiyi müraciətinə operativ reaksiya verildiyini qeyd edir. O, məsələyə obyektiv baxıldığını və zəruri tədbirlərin dərhal həyata keçirildiyini vurğulayır. 
Vətəndaş müraciətlərinə həssas yanaşılmasına, göstərilən diqqətə və operativliyə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Elvin Əlizadə DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında içərisində pul və bank kartlarının olduğu pulqabısını itirməsi barədə Pirallahı RPİ-ə müraciət etdiyini, polis əməkdaşları tərəfindən qısa müddətdə pulqabısının tapılaraq ona təhvil verildiyini yazır. O, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə DİN-in rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Nəriman Babayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN-in rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Vətəndaş Emil Rəsulov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Cəlilabad rayon sakini Əliqənbər Əliyev öz məktubunda şəhid ailələri və qazilərə göstərilən diqqətə və dəstəyə, humanistliyə görə rayon polis şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Babək rayon sakini İxtiyar Quliyev məktubunda müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Şahbuz rayon sakini Toğrul Əsgərzadə avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına, polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışlarına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.