Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
15.10.2026 - Vətəndaş Əli Bayramzadə
Vətəndaş Əli Bayramzadə DİN-ə ünvanladığı təşəkkür məktubunda şikayətinin təmin edilib köməklik göstərilməsi ilə əlaqədar Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
15.10.2026 - Vətəndaşlar Elnur Kərimov, Ülvi Osmanlı, İsmayıl Qafarov, Lalə Bədəlova,...
Vətəndaşlar Elnur Kərimov, Ülvi Osmanlı, İsmayıl Qafarov, Lalə Bədəlova, Tural Bağıyev, Famil Şafayev, Rəna Hüseynova və Yusif Qubatov etdikləri müraciətlər üzrə onlara müvafiq köməklik göstərildiyini bildirirlər. Onlar, vətəndaş müraciətinə həssas yanaşılmasına görə Azərbaycan polisinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.
15.10.2026 - Xaçmaz rayon sakini Şahbulaq Qəribov
Xaçmaz rayon sakini Şahbulaq Qəribov baş vermiş yol-nəqliyyat hadisəsinin obyektiv araşdırmasından tam razı qaldığına görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
15.10.2026 - Quba rayon sakinləri Vüsal Məmmədov, Ərkinaz Əliyeva və Anar Hüseynov
Quba rayon sakinləri Vüsal Məmmədov, Ərkinaz Əliyeva və Anar Hüseynov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla Quba RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.
15.10.2026 - Vətəndaşlar Tofiq Əhmədov, Zaur Şixməmmədoğlu, Nicat Abdullayev, Nurlan...
Vətəndaşlar Tofiq Əhmədov, Zaur Şixməmmədoğlu, Nicat Abdullayev, Nurlan Xəlilov, Təranə Əliyeva, Nurlan Həsənov, Kamran Hüseynov və Pərviz Ağayev DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Azərbaycan polisinə minnətdarlıqlarını bildirirlər.
15.10.2026 - Vətəndaş Ləman Xangəldiyeva
Vətəndaş Ləman Xangəldiyeva 19-cu Polis Şöbəsinə etdiyi müraciətə operativ və hərtərəfli baxıldığına, eləcə də göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nəsimi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
15.10.2026 - Bakı şəhər sakini Samir Bağırov
Bakı şəhər sakini Samir Bağırov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
15.10.2026 - Vətəndaş Fərid Qafarlı
Vətəndaş Fərid Qafarlı DİN-in sosial şəbəkə səhifəsinə təşəkkür mesajı yazıb. O, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı göstərilən köməkliyə görə DİN rəhbərliyinə, eləcə də Naxçıvan ŞPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
15.10.2026 - Bakı şəhər sakini Xəyalə Babayeva
Bakı şəhər sakini Xəyalə Babayeva müraciəti üzrə müvafiq göstəriş verilməsinə, dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə və müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə, eləcə də Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.