Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
15.10.2026 - Vətəndaş Aynurə Qurbanova
Vətəndaş Aynurə Qurbanova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxılmasına, obyektiv araşdırılmasına və müsbət həllinin təmin edilməsinə görə DİN rəhbərliyinə və Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
15.10.2026 - Ağstafa rayon sakini Qüdrət Yusifov
Ağstafa rayon sakini Qüdrət Yusifov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ictimai asayişi ayıq-sayıq qoruduqlarına və xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Ağstafa Rayon Polis şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
15.10.2026 - Gəncə şəhər sakini Vəfa Səlimova
Gəncə şəhər sakini Vəfa Səlimova üzləşdiyi problemlə bağlı müraciətinə qısa zaman ərzində operativ baxılaraq göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlıq edir.
15.10.2026 - Göygöl rayon sakini Emin Şərifov
Göygöl rayon sakini Emin Şərifov DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi problemlə bağlı Göygöl Rayon Polis Şöbəsinə müraciət etdiyini bildirir. Müraciətinin obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN və Göygöl RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
15.10.2026 - Bakı şəhər sakini Gülgün Əhmədzadə
Bakı şəhər sakini Gülgün Əhmədzadə müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə və Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
15.10.2026 - Qax rayon sakini Arzu Osmanova və Şəki rayon sakini Fatma Həmidova
Qax rayon sakini Arzu Osmanova və Şəki rayon sakini Fatma Həmidova müraciətlərinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.
15.10.2026 - Ağdərə rayon sakini Nəzakət Aslanova
Ağdərə rayon sakini Nəzakət Aslanova müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.
15.10.2026 - Şəki rayon sakini Svetlana Nadirova
Şəki rayon sakini Svetlana Nadirova müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.
15.10.2026 - Ağdaş rayon sakini Pünhan Məmmədov
Ağdaş rayon sakini Pünhan Məmmədov müraciətinə operativ reaksiya verildiyinə görə, Azərbaycan polisinə minnətdarlığını bildirir.