Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
15.10.2026 - Vətəndaş Yasin Əliyev
Vətəndaş Yasin Əliyev DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Mənə göstərdikləri köməkliyə görə Azərbaycan Respublikasının daxili işlər naziri cənab Vilayət Eyvazova, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri cənab Süleyman Nemətova və Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm.
15.10.2026 - Vətəndaş İlqar Əliyev
Vətəndaş İlqar Əliyev DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: 05.10.2026-cı il tarixdə Xətai rayonu ərazisində idarə etdiyim avtobusla yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuşam. Hadisə zamanı idarənin təhqiqat şöbəsinin əməkdaşı dərhal hadisə yerinə çataraq, bütün zəruri tədbirləri görmüşdür. Xətai rayon polis idarəsinin rəhbərliyinə və cənab Nazir Vilayət Eyvazova təşəkkür edirəm.
15.10.2026 - Vətəndaş Nəcəf Abutalıbov
Vətəndaş Nəcəf Abutalıbov DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Məsələ öz həllini tapdı. Göstərdiyiniz köməkliyə görə təşəkkür edirəm. Çox sağ olun!
15.10.2026 - Vətəndaş Elmin Novruzov
Vətəndaş Elmin Novruzov DİN-ə ünvanladığı təşəkkür məktubunda DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.
15.10.2026 - Vətəndaş Xəyalə Cavadova
Vətəndaş Xəyalə Cavadova DİN-ə ünvanladığı təşəkkür məktubunda itirilmiş sənədlərinin tapılması ilə əlaqədar Pirallahı RPİ-nin rəhbərliyinə minnətdarlığını bildirir.
15.10.2026 - Vətəndaş Sahib Əliyev
Vətəndaş Sahib Əliyev DİN-ə ünvanladığı təşəkkür məktubunda yol-nəqliyyat hadisəsi ilə əlaqədar ona köməklik göstərilməsi ilə bağlı Azərbaycan DİN-in və Naxçıvan DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.
15.10.2026 - Vətəndaş Asər Quliyev
Vətəndaş Asər Quliyev DİN-ə ünvanladığı təşəkkür məktubunda yol-nəqliyyat hadisəsi ilə əlaqədar ona köməklik göstərilməsi ilə bağlı Azərbaycan DİN-in və Naxçıvan DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.
15.10.2026 - Vətəndaş Mövlan Yusifov
Vətəndaş Mövlan Yusifov DİN-ə ünvanladığı təşəkkür məktubunda yaşadığı ərazidə ictimai asayişin yüksək səviyyədə qorunması ilə əlaqədar Nizami RPİ 24-cü PB-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
15.10.2026 - DQ-nin sabiq əməkdaşı Taleh Nəbiyev
DQ-nin sabiq əməkdaşı Taleh Nəbiyev DİN-ə ünvanladığı təşəkkür məktubu ünvanlayıb: Hörmətli cənab nazir, anamın gözümün əməliyyat edilməsi ilə bağlı sizə müraciət etmişdim. Müraciətim nəzərə alındığı üçün Sizə minnətdarlığımı bildirirəm. Sizin tapşırığınıza əsasən, DİN-in Hospitalında anam əməliyyat olundu. Bizimlə yaxından maraqlanan Hospitalın rəhbərliyinə və kollektivinə minnətdarlığımı bildirirəm.