Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Ağsu rayon sakinləri Elman Bayramov və Sərvər Novruzov müraciətlərinə operativ reaksiya verildiyinə və müsbət həll olunmasına görə, Ağsu RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Sosial şəbəkə istifadəçisi Aysu Baxşızadə müraciətinin müsbət həll olunmasına görə, İsmayıllı RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Zaqatala rayon sakini Ruslan Məhərrəmov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, BDYPİ-nin YPXA-nın əməkdaşlarına minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakinləri Zülfiyyə İsmayılova, Azər Bağırov və Pəri Kərimova müraciətlərinin obyektiv araşdırılmasına görə, Mingəçevir ŞPŞ-nin DYPB-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Qax rayon sakini Zeynəb Süleymanova xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Azərbaycan polisinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Məhəmməd Rzayev müraciətinin müsbət həll olunmasına görə, Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Şəki rayon sakini, polis veteranı Vaqif Əhmədov göstərilən diqqət və qayğıya görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Xəyal Məmmədov DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: 07.10.2026-cı il tarixində Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobilimə maddi ziyan dəyməsi ilə əlaqədar polisə məlumat vermişəm. Hadisə ilə bağlı bundan sonra hansı tədbirləri görməli olduğumu bilmədiyim üçün polisə müraciət etdim. Hadisə yerinə gələn polis əməkdaşı tərəfindən mənə hadisənin sonrakı gedişatı və qanunvericiliyə uyğun olaraq görülməli tədbirlər ətraflı şəkildə izah edildi. Verilən izahlar nəticəsində məsələ ilə bağlı bütün suallarım aydınlaşdı. Vətəndaşa göstərilən diqqətli münasibətə, peşəkar yanaşmaya və hadisənin gedişatı barədə ətraflı məlumat verdiyinə görə başda cənab Nazir Vilayət Eyvazov olmaqla, Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə və hadisə yerinə gələn polis əməkdaşına öz dərin minnətdarlığımı bildirirəm.   

Vətəndaş Elvin Məmmədov DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Bildirmək istəyirəm ki, evimdən yoldaşıma məxsus qızılın oğurlanması ilə əlaqədar Xətai rayonu 37-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdim. Polis əməkdaşlarının dərhal və çevik formada reaksiyası nəticəsində professional iş aparıldı və mənim qeyd etdiyim əşya mənə geri qaytarıldı. Belə iş prinsipi fəallığı təmin etdiyinə görə ölkəmizin Daxili İşlər Naziri cənab Vilayət Eyvazova həmçinin, Xətai RPİ-nin rəhbərliyinə və 37-ci Polis Şöbəsinin kollektivinə minnətdarlıq bildirməyi özümə borc bildim. Çox sağ olun, minnətdaram Sizlərə.