Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
16.10.2026 - Vətəndaş Svetlana Şıxməmmədova
Vətəndaş Svetlana Şıxməmmədova Daxili İşlər Nazirliyinə təşəkkür teleqramı ünvanlayıb. O, teleqramında pozulmuş hüquqlarının bərpası ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdiyini qeyd edir. S.Şıxməmmədova müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçirildiyinə və pozulmuş hüquqlarının bərpa edildiyinə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
16.10.2026 - Vətəndaş Sənubər Səmədova
Vətəndaş Sənubər Səmədova məktubunda daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini bildirir. O, müraciəti üzrə müvafiq göstəriş verilərək qısa müddətdə müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə minnətdarlığını ifadə edir.
16.10.2026 - Vətəndaş Sevinc Zeynalova
Vətəndaş Sevinc Zeynalova DİN-in “Instagram” səhifəsinə mesajında Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə ərizə ilə müraciət etdiyini yazır. O, polis əməkdaşlarının operativliyi sayəsində müraciətinin qısa müddətdə həll olunduğunu və ona dəymiş ziyanın ödətdirildiyini qeyd edir. S.Zeynalova müraciətinə çevik reaksiya verilməsinə və operativliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
16.10.2026 - Vətəndaş İlkin Qurbanlı
Vətəndaş İlkin Qurbanlı DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi dələduzluq faktı ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində aparılan istintaq araşdırmasının nəticəsindən razı qaldığını qeyd edərək ədalətin bərqərar olmasına və dəymiş ziyanın qaytarılmasına görə DİN-in rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
16.10.2026 - Bakı şəhər sakini Gülər Veronika
Bakı şəhər sakini Gülər Veronika məktubunda müraciətinə göstərdikləri operativliyə və obyektivliyə, həmçinin ona dəymiş maddi ziyanın tam ödətdirilməsinin təmin olunmasına görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
16.10.2026 - Vətəndaş Xəyalə Həsənova
Vətəndaş Xəyalə Həsənova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına və göstərilən köməkliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
16.10.2026 - Vətəndaş Cabir Ələkbərov
Vətəndaş Cabir Ələkbərov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi yol-nəqliyyat hadisəsi zamanı göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
16.10.2026 - Vətəndaş Anar Seyfullayev
Vətəndaş Anar Seyfullayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti ilə əlaqədar həyata keçirilən tədbirlərə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
16.10.2026 - Vətəndaş Zahid İsmayılov
Vətəndaş Zahid İsmayılov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.