Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Mikayıl Zülfüqarov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, ictimai asayişi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.  

Vətəndaş Sərxan Babayev ünvanladığı mesajında baş vermiş oğurluq hadisəsi ilə bağlı Naxçıvan ŞPİ-yə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu əməlin üstünün açıldığını və itmiş əşyasının ona təhvil verildiyini qeyd edir.

Vətəndaş Arzu Allahverdiyeva müraciətlərə həssas yanaşılmasına, göstərilən humanistliyə və qayğıya görə DİN rəhbərliyinə, eləcə də Naxçıvan ŞPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Aysu Məmmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb.O, belə humanist polis əməkdaşlarına görə DİN rəhbərliyinə, o cümlədən xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirən Pirallah Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Asəf Bağırov ünvanlandığı məktubunda ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı qorunmasına və vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.   

Sabirabad rayon sakini Fərman Salmanov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Özdemir Fatih üzləşdiyi problemlə bağlı müraciətinə qısa zaman ərzində operativ baxılaraq göstərilən köməkliyə görə Səbail RPİ-nin əməkdaşlarına minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Elbrus Əliyev baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aparılan araşdırmadan razılıq edir  və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin kollektivinə minnətdarlığını bildirir.

Vətəndaş Təbriz İsmayılov DİN-ə ünvanladığı təşəkkür məktubunda dəymiş maddi ziyanın ödətdirilməsi ilə əlaqədar DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.