Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
16.10.2026 - Vətəndaş Aslan Nuriyev
Vətəndaş Aslan Nuriyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda polisin vətəndaşların güvən yeri olduğunu qeyd edir, göstərilən diqqət və qayğıya, humanizmə, obyektivliyə, vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə minnətdarlığını ifadə edir.
16.10.2026 - Vətəndaş Ənvər Hüseynov
Vətəndaş Ənvər Hüseynov DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında üzləşdiyi dələduzluq faktı ilə bağlı Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Şöbəsinə müraciət etdiyini bildirir. Müraciətinin obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
16.10.2026 - Vətəndaş Rauf Abbasov
Vətəndaş Rauf Abbasov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə, müraciətinin qısa müddətdə müsbət həll olunmasına və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
16.10.2026 - Vətəndaş Nicat Ağabalayev
Vətəndaş Nicat Ağabalayev DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında Nərimanov rayonu ərazisində üzləşdikləri yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov RPİ-nin Təhqiqat Şöbəsində aparılan araşdırmadan razı qaldığını, əməkdaşların ona müvafiq köməklik göstərdiklərini qeyd edərək minnətdarlığını bildirir. Aparılan obyektiv araşdırmaya görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
16.10.2026 - Vətəndaş Sərdar Əhmədov
Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə, müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə DİN rəhbərliyinə və Quba Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
16.10.2026 - Vətəndaş Banu Məmmədova
Vətəndaş Banu Məmmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi dələduzluq faktı ilə bağlı obyektiv araşdırma aparıldığını, qısa müddətdə müsbət həll olunduğunu və dəymiş zərərin tam şəkildə ödətdirildiyini qeyd edir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına görə DİN rəhbərliyinə və Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
16.10.2026 - Vətəndaş Kənan Məmmədov
Vətəndaş Kənan Məmmədov DİN-in “Instagram” sosial şəbəkəsi vasitəsilə etdiyi müraciətində anasının mobil telefonunun itirməsi ilə əlaqədar Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə müraciət etdiyini bildirir. O qeyd edir ki, müraciətinə dərhal və operativ baxılaraq mobil telefonunun tapılmasında köməklik göstərilib. Göstərilən operativliyə və diqqətə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.
16.10.2026 - Vətəndaş Əli Sultanov
Vətəndaş Əli Sultanov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə gələrək mənə qarşı törədilmiş oğurluq əməli ilə bağlı müraciət etmişdim. Müraciətimə operativ şəkildə baxılaraq təhqiqat araşdırması aparıldı, şəxs müəyyən olunaraq saxlanıldı və əmlakım mənə geri qaytarıldı. Azərbaycan polisinin məsələyə bu cür operativ şəkildə reaksiya verməsi məni çox sevindirdi. Göstərilən köməyə görə DİN-in rəhbərliyinə və Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkürümü bildirirəm”.
16.10.2026 - Vətəndaş Əli Rzayev
Vətəndaş Əli Rzayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Paytaxtın Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırmada iştirak etdim və dəymiş maddi ziyan ödətdirildi. Buna görə DİN-in rəhbərliyinə və Nərimanov RPİ-nin əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm”.