Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Lerik rayon sakini Üzeyir Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Lerik Rayon Polis Şöbəsinin rəhbərliyinin və şəxsi heyətinin xidməti fəaliyyətlərindən, xüsusilə də qadağan olunan yerlərdə tütün məmulatlarında istifadə edən şəxslərlə bağlı görülən tədbirlərdən məmnunluğunu ifadə edir. 

Cəlilabad rayon sakini Famil Quliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda E-Polis mobil tətbiqinin istifadəyə verilməsinə, vətəndaşların müraciətlərinə çevik reaksiya verilməsinə və bu istiqamətdə səmərəli fəaliyyətin təşkil olunmasına görə minnətdarlığını bildirir.

Vətəndaş Aytac Şahverdiyeva DİN-in “Instagram” səhifəsinə mesajında Nərimanov Rayon Polis İdarəsində aparılan araşdırma nəticəsində müraciətinin qısa müddətdə müsbət həll olunmasını yazır. O, müraciətinə diqqətlə yanaşılmasına, həyata keçirilən tədbirlərə və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Lamiyə İbrahimova DİN-in “Instagram” səhifəsinə mesajında Abşeron Rayon Polis İdarəsinə etdikləri  müraciətə operativ reaksiya verildiyini və görülmüş tədbirlərlə qısa müddətdə müsbət həll olunduğunu qeyd edir. O, müraciətlərinə həssas yanaşılmasına görə özü və ailə üzvləri adından DİN rəhbərliyinə və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Ülvi Novruzlu DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan obyektiv araşdırmaya görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Bakı şəhər sakini Elbrus Sarıvəlli məktubunda Yasamal Rayon Polis İdarəsində aparılan obyektiv araşdırma nəticəsində müraciətinin müsbət həll olunmasını yazır. O, müraciətinə diqqətlə yanaşılmasına, obyektivliyə, həyata keçirilən tədbirlərə və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Gülövşə Şamilova məktubunda müraciəti ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən operativ tədbirlərin həyata keçirildiyini yazır. O, göstərilən diqqətə, operativliyə və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Mahir Şəbiyev üzləşdiyi dələduzluqla bağlı etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də dəymiş maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə Yasamal RPİ-nin və Qusar RPŞ-nin əməkdaşlarına  minnətdarlığını bildirir.

Bakı şəhər sakini Nərgiz Məmmədova pozulmuş hüquqlarının bərpa olunmasında və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü ifadə edir.