Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Astara rayon sakini Elvin Nəsirov yollarda hərəkətin təhlükəsizliyinin etibarlı təmin olunmasına, vətəndaşlara qarşı yüksək mədəni davranışa, humanistliyə və ona göstərilən köməyə görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Biləsuvar rayon sakini Roman Əmənov öz məktubunda DİN rəhbərliyi tərəfindən keçirilən qəbullar zamanı vətəndaş müraciətlərinin diqqətlə və həssaslıqla dinlənilməsinə, operativ qaydada həlli istiqamətində tapşırıqların verilməsinə görə öz təşəkkürünü bildirir.

Vətəndaş Kamran Abasov Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Nailə Quliyeva və Mehman Abasov Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajları yazaraq etdikləri müraciətlərinə operativ baxılmasına və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Xətai RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirlər. 

Vətəndaş Məleykə İskəndərova Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Binəqədi RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Tərtər rayon sakini Elza Allahverdiyeva müraciətində göstərilən diqqət və qayğıya görə Yevlax Regional Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Aytən Hacıyeva müraciətinin müsbət həll edilməsinə görə Binəqədi Rayon Polis İdarəsinin  əməkdaşlarına və DİN rəhbərliyinə  təşəkkür edir.

Vətəndaş Rəsmiyyə Seyidova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini bildirir. O, müraciəti üzrə müvafiq göstəriş verilərək qısa müddətdə müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyi¬¬nə minnətdarlığını ifadə edir.

Vətəndaş Səbinə Süleymanova DİN-in “Instagram” səhifəsinə mesajında polisin vətəndaşların güvən yeri olduğunu qeyd edir, göstərilən diqqət və qayğıya, humanizmə, vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.