Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Afət Zeynalova məktubunda müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Sabunçu RPİ 12-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Məhəmmədəli Hacıyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar obyektiv araşdırma aparılmasına görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Turan Abdullayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə göstərdikləri operativliyə və obyektivliyə, həmçinin həyata keçirilən tədbirlərə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.  

Vətəndaş Kəmalə Həsənova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar obyektiv araşdırma aparılmasına görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Orxan Tağızadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Paytaxtın Xətai rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuşam. Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparılaraq obyektiv qərar qəbul edildi. DİN-in və Xətai RPİ-nin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm”.

Bakı şəhər sakini Gülənbər Kərimova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə çevik reaksiya verilməsinə və operativliyə görə DİN rəhbərliyinə və Suraxanı RPİ-nin 33-cü Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir. 

Bakı şəhər sakini Emin Əliyev DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsində müraciəti üzrə obyektiv araşdırma aparıldığını, qısa müddətdə müsbət həll olunduğunu və dəymiş zərərin tam şəkildə ödətdirildiyini qeyd edir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına görə DİN rəhbərliyinə, o cümlədən obyektivliyə və operativliyə görə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Rəhim Bayramov DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi problemlə bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Bildirir ki, Nərimanov RPİ-nin 16-cı PŞ-də aparılan təhqiqat araşdırması nəticəsində problem öz həllini tapmışdır. Müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.

Vətəndaş Pərviz Səmədov DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə, müraciətinin qısa müddətdə müsbət həll olunmasına və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə  görə DİN rəhbərliyinə və Abşeron Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.