Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
24.05.2024 - Bakı şəhər sakini Nicat Novruzov
Bakı şəhər sakini Nicat Novruzov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb: “Sakinlərin parklanma xidməti üçün nəzərdə tutulan ərazinin qanunsuz bağlanması ilə bağlı müraciətim Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən operativ şəkildə müsbət həll olundu. Bu səbəbdən DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürümü bildirirəm. Hər zaman vətəndaşların köməyinə yetişən bu cür məsuliyyətli polis əməkdaşlarımız var olsun”.
24.05.2024 - Vətən müharibəsi qazisi Nazim Kazımov
Vətən müharibəsi qazisi Nazim Kazımov müraciətinə operativ baxıldığını, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi tərəfindən obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir.
24.05.2024 - Bakı şəhər sakini Mirəsgər Musayev
Bakı şəhər sakini Mirəsgər Musayev məktubunda müraciəti ilə bağlı Xətai Rayon Polis İdarəsində yüksək hörmətlə qarşılandığını və onu narahat edən məsələ ilə bağlı müvafiq izahın verildiyini qeyd edir. M.Musayev ona göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
24.05.2024 - Vətəndaş Vüqar Babayev
Vətəndaş Vüqar Babayev paytaxtın Nərimanov rayonu ərazisində xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini araşdıran polis əməkdaşlarının yüksək peşəkarlıq göstərdiyini qeyd edərək edilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
24.05.2024 - Biləsuvar rayon sakini İlyas Mirzəyev
Biləsuvar rayon sakini İlyas Mirzəyev məktubunda rayon ərazisində asayişin etibarlı təmin olunmasına, cinayətkarlıqla aparılan qətiyyətli mübarizə tədbirlərinə, vətəndaş müraciətlərinə diqqətlə yanaşılmasına görə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
22.05.2024 - Şamaxı şəhər sakini Vüsal Babayev
Şamaxı şəhər sakini Vüsal Babayev müraciətinə obyektiv baxıldığına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.
22.05.2024 - Bərdə rayon sakini Ceyhun Quluzadə
Bərdə rayon sakini Ceyhun Quluzadə müraciətinin obyektiv araşdırılmasına görə, Qobustan RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
22.05.2024 - Vətəndaş Günay Məmmədova
Vətəndaş Günay Məmmədova humanistliyə, diqqətə, qayğıya və göstərdikləri köməkliyə görə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
22.05.2024 - Vətəndaş Ceyhun Əlizadə
Vətəndaş Ceyhun Əlizadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb: “13.05.2024-cü il tarixində Bakı şəhəri Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsinin iştirakçısı oldum və orada bir daha gördüm ki, həqiqətən Azərbaycan polisi necə peşəkardır. Hadisə yerinə gələn polis əməkdaşı peşəkarlıqla vətəndaşlara köməklik etdi. Bu səbəbdən DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığımı bildirirəm”.