Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Əhməd Məmmədov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılaraq probleminin müsbət həll olunduğuna, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Ruqiyyə Əsgərova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyi¬¬nə və Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.  

Vətəndaş Nazim Qurbanov məktubunda Sabunçu Rayon Polis İdarəsinə etdiyi müraciətinin obyektiv araşdırıldığını və qısa müddətdə müsbət həll olunduğunu yazır. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilən tədbirlərə görə Sabunçu RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Aybəniz Zeynalova məktubunda müraciəti üzrə Bakı Şəhər Baş Polis İdarəsində aparılan obyektiv araşdırmanın nəticəsindən razı qaldığını və ona dəymiş maddi ziyanın ödətdirilməsində də köməklik göstərildiyini qeyd edir.
O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, obyektivliyə və göstərilən köməkliyə görə Bakı ŞBPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Şəhid ailəsi üzvü olan Mələk Yıldızhan DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi dələduzluqla bağlı Naxçıvan Şəhər Polis İdarəsinə etdiyi müraciətinə operativ baxılaraq obyektiv araşdırıldığını, müsbət həllinin təmin edildiyini, eləcə də dəymiş maddi ziyanın ödətdirilməsində köməklik göstərildiyini bildirir.
O, şəhid ailələrinə, o cümlədən ona göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər nazirliklərinin rəhbərliklərinə, həyata keçirilmiş tədbirlərə görə Naxçıvan ŞPİ-nin əməkdaşlarına təşəkkür edir.   

Vətəndaş Eleonora Məmmədova məktubunda müraciəti üzrə Nəsimi Rayon Polis İdarəsində obyektiv araşdırma aparılaraq müsbət həll olunduğunu və dəymiş maddi ziyanın ödətdirilməsində də köməklik göstərildiyini yazır. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilmiş tədbirlərə görə Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Azərbaycan Respublikasının Xalq artisti, professor Vasif Allahverdiyev məktubunda daxili işlər orqanlarında xidmət edən gənc əməkdaşlara, o cümlədən onun övladına göstərilən diqqət və qayğının, etimadın təqdirəlayiq olduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Elməddin Muradov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciəti üzrə Gəncə Şəhər Baş Polis İdarəsində obyektiv araşdırma aparıldığını, müsbət həll olunduğunu və dəymiş maddi ziyanın ödətdirilməsində də köməklik göstərildiyini bildirir.
O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilmiş tədbirlərə görə Gəncə ŞBPİ-nin əməkdaşlarına təşəkkür edir, Azərbaycan polisinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.  

Şahbuz rayon sakini Turqan Səfərli DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında pulqabısını itirməsi ilə bağlı Şahbuz Rayon Polis Şöbəsinə müraciət etdiyini, polis əməkdaşları tərəfindən görülmüş operativ tədbirlərlə pulqabısının qısa müddətdə tapılaraq ona təhvil verildiyini bildirir. O, operativliyə görə Şahbuz RPŞ-nin əməkdaşlarına təşəkkür edir.