Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
11.12.2025 - Vətəndaş Sənan Hüseynov
Vətəndaş Sənan Hüseynov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “26.11.2025-ci il tarixində həyətimdəki tövlədən xırdabuynuzlu heyvanım oğurlanmışdı. Saatlı Rayon Polis Şöbəsinə müraciətimdən sonra oğurluğu törətməkdə şübhəli bilinən şəxs tapıldı və heyvanım özümə qaytarıldı. Buna görə Azərbaycan polisinə təşəkkür edirəm”.
11.12.2025 - Vətəndaş Rəşad Rəşidov
Vətəndaş Rəşad Rəşidov “Facebook” sosial şəbəkəsindəki hesabında post paylaşaraq Bakı-Şamaxı-Yevlax yolunda səhhətində narahatlıq yaranan sürücüyə ilkin tibbi yardım göstərməklə onu qısa müddət ərzində xəstəxanaya çatdıran Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirib.
11.12.2025 - Vətəndaş Fatimə Bayramova
Vətəndaş Fatimə Bayramova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mən ərizə ilə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə müraciət etmişdim. Müraciətimə operativ şəkildə reaksiya verildi və mənə lazımi köməklik göstərildi. Buna görə DİN-in və Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm”.
11.12.2025 - Vətəndaş Rəşad Budaqov
Vətəndaş Rəşad Budaqov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mən xalçayuma şirkətinə yuyulması üçün xalça vermişdim. Bir aya yaxın vaxt keçməsinə baxmayaraq xalçanı geri vermək istəmirdilər. Bununla bağlı 17.11.2025-ci il tarixində Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət etdim. Qısa zaman ərzində müraciətimə baxıldı və lazımi tədbirlərdən sonra xalça geri təhvil verildi. DİN-in rəhbərliyinə və 18-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürümü bildirirəm”.
11.12.2025 - Vətəndaş Gülşən Sultanova
Vətəndaş Gülşən Sultanova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “21.11.2025-ci il tarixində üzləşdiyim xoşagəlməz hadisə ilə bağlı DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə müraciət etmişdim. Şikayətimə şöbə əməkdaşları tərəfindən ciddi yanaşılaraq hüquqlarımı pozan şəxs müəyyən edildi və barəsində qanuni tədbir görüldü. Buna görə DİN-in və Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə, həmçinin 16-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürümü bildirirəm. Mən bir daha əmin oldum ki, Azərbaycan polisi xalqın hüquqlarını qoruyur”.
11.12.2025 - Bakı şəhər sakini Lətafət Quliyeva
Bakı şəhər sakini Lətafət Quliyeva Daxili İşlər Nazirliyinə ünvanladığı teleqramda müraciəti ilə bağlı olan göstərilən köməkliyə görə DİN-in və Sabunçu Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
11.12.2025 - Bakı şəhər sakini Orxan Zərbəliyev
Bakı şəhər sakini Orxan Zərbəliyev məktubunda müraciətinə həssas yanaşılmasına və təmin edilməsinə görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.
11.12.2025 - Bakı şəhər sakini Rəhimə Əsgərova
Bakı şəhər sakini Rəhimə Əsgərova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinin müsbət həllində göstərilən köməkliyə görə Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin və 29-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.12.2025 - Bakı şəhər sakini Rauf Talıblı
Bakı şəhər sakini Rauf Talıblı Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciəti ilə bağlı Nəsimi Rayon Polis İdarəsində yüksək hörmətlə qarşılandığını və müraciətinin müsbət həll olunduğunu qeyd edir. R.Talıblı ona göstərilən diqqət və qayğıya görə DİN-in və Nəsimi RPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir.