Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
12.12.2025 - Vətəndaş İlham Hüseynov
Vətəndaş İlham Hüseynov müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
11.12.2025 - Vətəndaş Hafiz Nəzərli
Vətəndaş Hafiz Nəzərli Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Pirallahı RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
11.12.2025 - Vətəndaş Firəngiz Fərəcova, Tahirə İsmayılova və Abubekir Qallacov
Vətəndaş Firəngiz Fərəcova, Tahirə İsmayılova və Abubekir Qallacov Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajları yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirlər.
11.12.2025 - Neftçala rayon sakini Malik Rəcəbov
Neftçala rayon sakini Malik Rəcəbov DİN-ə ünvanladığı təşəkkür məktubunda müraciətinə operativ baxılmasına və müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkür edir.
11.12.2025 - Xaçmaz rayon sakini Saleh Mirzəyev
Xaçmaz rayon sakini Saleh Mirzəyev dələduzluğa məruz qalması ilə bağlı etdiyi müraciətinin müsbət həll edilərək ona dəymiş ziyanın ödətdirilməsinə görə DİN rəhbərliyinə və BBPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
11.12.2025 - Bakı şəhər sakini Ləman Məmmədova
Bakı şəhər sakini Ləman Məmmədova etdiyi müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə Nəsimi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
11.12.2025 - Bakı şəhər sakini Rəhman Ələkbərov
Bakı şəhər sakini Rəhman Ələkbərov dələduzluğa məruz qalması ilə bağlı etdiyi müraciətinin müsbət həll edilərək ona dəymiş ziyanın ödətdirilməsinə görə DİN rəhbərliyinə və Yasamal RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
11.12.2025 - Bakı şəhər sakini Aynurə Suri
Bakı şəhər sakini Aynurə Suri etdiyi müraciətinə həssaslıqla yanaşılıb müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Nəsimi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
11.12.2025 - Bakı şəhər sakini Ramiz Qəhrəmanov
Bakı şəhər sakini Ramiz Qəhrəmanov dələduzluğa məruz qalması ilə bağlı etdiyi müraciətinin müsbət həll edilərək ona dəymiş ziyanın ödətdirilməsinə görə DİN rəhbərliyinə və Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.