Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Rəhman İsmayılov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda Pirallahı rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi hallarının qarşısının alınması ilə bağlı müraciətinə operativ reaksiya verildiyini və müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edir. O, müraciətinə obyektiv baxıldığına, həmçinin bununla bağlı həyata keçirilən tədbirlərə görə DİN rəhbərliyinə və Pirallahı RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir. 

Vətəndaş Zəhra Ramazanova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti üzrə göstərilən köməkliyə görə Azərbaycan polisinə minnətdarlığını bildirir.

Vətəndaş Ramil Xıdırov müraciətinə operativ reaksiya verildiyinə görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Gündüz Gözəlov müraciətinin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Xəzər RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Ağsu rayon sakini Qəhrəman Həşimov müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Oğuz rayon sakini Fərid Mustafazadə xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, DİN-in əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Nigar Əkbərova müraciətinin obyektiv araşdırılmasına görə, Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Şamaxı rayon sakini Namaz Orucov göstərilən diqqət və qayğıya görə, Ağsu RQİ və TBŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Vaqif Məmmədov müraciətinin müsbət həll olunmasına görə, Balakən RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.