Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
16.10.2026 - Vətəndaş Elşad Abbasov
Vətəndaş Elşad Abbasov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə ərizə ilə müraciət etmişdim. Müraciətimə operativ şəkildə reaksiya verilmiş və mənə lazımi köməklik göstərilmişdir. Buna görə DİN-in və Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm”.
16.10.2026 - Vətəndaş Sevil Kazımova
Vətəndaş Sevil Kazımova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “2 oktyabr 2026-cı il tarixində “102” Xidməti-Zəng Mərkəzinə müraciət edərək evimdə istifadə etdiyim xalçanın oğurlandığını bildirdim. Müraciətimə tez və operativ reaksiya verib xalçamı tapıb özümə qaytardılar. Mən DİN-in rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığımı bildirirəm”.
16.10.2026 - Sosial şəbəkə istifadəçisi Səid Ağayev
Sosial şəbəkə istifadəçisi Səid Ağayev DİN-in insteqram hesabına yazdığı mesajında müraciətinə hərtərəfli baxılmasına və polisin gördüyü tədbirlər nəticəsində ona dəymiş maddi ziyanın tam ödənilməsinə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
16.10.2026 - Sosial şəbəkə istifadəçisi Məmməd Yusifov
Sosial şəbəkə istifadəçisi Məmməd Yusifov DİN-in insteqram hesabına yazdığı mesajında müraciətinə operativ baxılmasına və qarşılaşdığı problemin qısa müddətdə müsbət həllini tapmasına görə DİN rəhbərliyinə, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir. O, polis əməkdaşlarının vətəndaş müraciətlərinə həssas münasibətindən razılığını bildirir.
16.10.2026 - Sosial şəbəkə istifadəçisi Aysel Qurbanova
Sosial şəbəkə istifadəçisi Aysel Qurbanova DİN-in insteqram hesabına yazdığı mesajında iştirakçısı olduğu yol-nəqliyyat hadisəsinə operativ reaksiya verilməsinə və obyektiv araşdırmaya görə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
16.10.2026 - Sosial şəbəkə istifadəçisi Xəqani Cəfərov
Sosial şəbəkə istifadəçisi Xəqani Cəfərov iştirakçısı olduğu yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan araşdırma zamanı hüquq və vəzifələrinin izah edilməsinə, eləcə də vətəndaş müraciətinə göstərilən diqqətə görə DİN rəhbərliyinə, həmçinin Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına təşəkkür edir.
16.10.2026 - Sosial şəbəkə istifadəçisi Hüseyn Mirzəzadə
Sosial şəbəkə istifadəçisi Hüseyn Mirzəzadə iştirakçısı olduğu yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılmasına görə Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
16.10.2026 - Sosial şəbəkə istifadəçisi Aybəniz Abdullayeva
Sosial şəbəkə istifadəçisi Aybəniz Abdullayeva DİN-in insteqram hesabına yazdığı mesajında evindən oğurlanmış xalçanın qısa müddətdə tapılaraq özünə qaytarılmasına görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü ifadə edir.
16.10.2026 - Vətəndaş Leyla Axundova
Vətəndaş Leyla Axundova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar həyata keçirilən tədbirlərə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.